Siyasət

Putin Azərbaycan rəhbərliyinə təşəkkür etdi

22 Fevral 2022 23:51
0 Şərh     Baxış: 1 908

Biz respublikada rus dili və mədəniyyətinin dəstəklənməsi və təşviqinə görə Azərbaycan rəhbərliyinə minnətdarıq. Xatırladım ki, ölkədə rus dilinin tədris olunduğu 300-dən çox məktəb, ali məktəblərin əksəriyyətində rusdilli fakültələr fəaliyyət göstərir.

Bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

"Cənab Prezident danışıqların gedişində xatırlatdı ki, məktəblərin sayı 300 deyil, 340-dır. Biz bunu izləməyə və saymağa macal tapmırıq, buna görə biz çox təşəkkür edirik və buna böyük əhəmiyyət veririk. Xatırladım ki, Rusiyada hazırda 11 mindən artıq azərbaycanlı tələbə, o cümlədən 1000-dən çoxu federal büdcə vəsaitləri hesabına təhsil alır", - Putin vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.