Reallıq odur ki, artıq ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur - Rufiz Hafizoğlu - VİDEO
Reallıq odur ki, artıq ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur. Biz onsuz da 30 il ərzində bu qrup tərəfindən hər hansı bir ciddi addım atılmadığını gördük. Nəticədə Azərbaycan torpaqlarını öz gücü ilə işğaldan azad etdi. Azərbaycan son 100 ildə yeganə türk və müsəlman dövlətidir ki, işğal olunmuş ərazilərini geri qaytara bildi.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişində çıxışı zamanı Trend Beynəlxalq İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına mane olan müxtəlif amillər var. Bunlardan biri Ermənistan rəhbərliyinin buna hazır olmamasıdır.
"Ermənistan rəhbərliyi vaxt qazanmaq istəyir ki, Azərbaycandan maksimum güzəşt əldə etsin. Digər bir tərəfdən, dünya erməniçiliyinin havadarları var. Bu, Qərbdədir, Amerikadadır, eyni zamanda, təəssüflər olsun ki, bir sıra ərəb ölkələrində - istər Livanda, istərsə də Misirdə çox güclü Ermənistan lobbisi var. Erməni lobbiçiliyinə və terrorizminə birbaşa töhfə verən qüvvələr var idi. Revanşizm dediyim zaman, əslində, xaricdən idarə edilən qüvvələri nəzərdə tuturam. Ermənistan, sadəcə olaraq, dövlət statusunu itirmməyib, eyni zamanda, beynəlxalq terrorizmə meydan olub. Bəlkə də sadə erməni xalqı müharibədən, iqtisadi böhranlardan bezib, amma Ermənistan hakimiyyətinin siyasi iradəsi öz əlində deyil", - deyə o bildirib.
R.Hafizoğlu, həmçinin Ermənistan himayədarlarının nə zamansa öz siyasi dəsti-xətlərini dəyişəcəklərini düşünmədiyini qeyd edib.
"Ermənistana bu cəsarəti verən onun cəzalandırılmamasıdır. Ermənilərin davamlı olaraq türklərə qarşı antipatiyası, türkofobiyası olub", - deyə o vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!





