Siyasət

Valentina Matviyenko İlham Əliyevə zəng edib

24 Dekabr 2021 15:52
Baxış: 573

Dekabrın 24-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Valentina Matviyenko Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Valentina Matviyenkoya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında ikitərəfli dostluq münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində də uğurla inkişaf etdiyi vurğulanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.