Paşinyanın manevr imkanı bir az da azaldı - Azərbaycan üçün tarixi şans
"Ermənistanın reallığı qəbul etmədən atdığı hər bir addım hadisələri və ən əsas da bir dövlət olaraq özünü önə deyil, keçmişə dartmaqdan, stabilliyə və rifaha daha bir addım uzaqlaşdırmaqdan başqa bir şey deyil".
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Azərbaycan Brüssel danışıqlarına da hazır gedir:
"Paşinyanın Soçi görüşündən, ya da mövcud reallıqdan kənara çıxaraq manevr etmək imkanları yox səviyyəsindədir. Yəni ümumilikdə onsuz da baş tutacaq bütöv nəticəyə güclü təsir edəcək alternativləri mövcud belə deyil.
Noyabrın 26-da Soçidə baş tutmuş üçtərəfli görüşün nəticələri Azərbaycanın məqsədlərinə nail olduğundan xəbər verir. Çünki Azərbaycan Prezidentinin mövqeyi heç bir şərt qoyulmadan bu Bəyanatda öz əksini tapdı. Xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı, orada keçirilən görüşlər, səsləndirilən fikirlər Azərbaycanın dəyişməz mövqeyi və hazırda proseslərin gedişatı haqqında aydın təsəvvür yaratmağa imkan verir ki, Soçi görüşündən sonra siyasi gündəliyin nəbzini tuta bilək. C.Bayramovun keçirdiyi görüşlərdən belə qənaətə gəlirik ki, hadisələrin gedişi, oxları bizim tərəfimizdə irəliləyir və bütövlükdə Soçidə keçirilən görüş hadisələri irəliyə doğru aparan əhəmiyyətli addımdır. Bir sıra dövlətlərin xarici siyasət idarələrinin rəhbərləri ilə görüşü zaman bəzi dövlətlərin Qarabağda yenidənqurma işlərində iştirak etməyə hazır olduqlarını ifadə etmələri də bu müsbət tendensiyadan xəbər verir. Bir digər dövlətlər isə Ermənistan və Azərbaycanı aktual humanitar məsələlərin, o cümlədən ölkələr arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələlərini həll etməyə çağırır.
Göründüyü kimi burada iki məsələ qabardılır: Birincisi humanitar məsələlər, ikincisi isə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası. Soçidə də iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə Rusiyanın məşvərətçiliyi ilə razılığa gəlindi, qaldı bunu praktiki addımlarla sonlandırmaq. Azərbaycan da dəfələrlə qeyd edib ki, Ermənistanla ikitərəfli münasibətlərin qurulmasına aid məsələlərin dialoq yolu ilə həllinin tərəfdarıdır, bu işləri vaxt itirmədən reallaşdırmağa hazırdır.
İkincisi, humanitar məsələlərə gəldikdə isə Soçi bəyanatında Ermənistanın hər zaman iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmadı. Brüssel danışıqlarını Soçi görüşünün davamı kimi dəyərləndirsək Avropanın hər zaman insan hüquqları ilə əlaqədar məsələləri aktual saxladığı reallığını da nəzərə alaraq böyük ehtimalla Brüsseldə keçiriləcək görüşdə insan hüquqları məsələsi gündəlikdə olacaq. Ötən ildən bu günə qədər 100-dən çox erməni hərbi qulluqçunun, bu il noyabrın 26-da isə bir nəfərin Ermənistan tərəfə verildiyini nəzərə alsaq aydın olur ki, Azərbaycanın regionda sabitliyin möhkəmləndirilməsi, dinc həyatın qurulması işinə olduqca mühüm töhfə verdiyi faktdır. Bu baxımdan da Azərbaycan tərəfi humanitar sahədə qaldırıla biləcək bütün məsələlərə də hazır gedir.
Prezident İlham Əliyevin müxtəlif kombinasiyaları nəzərə alaraq yürütdüyü diplomatik siyasət özünü bu günə kimi diplomatik masada bütün danışıqlarda doğruldub. Azərbaycan həm qətiyyətli, həm də konstruktiv siyasət yürüdür. Kifayət qədər imkanlara, siyasi iradəyə malik olması baxımından Azərbaycan Brüssel danışıqlarına da hazır gedir. Bu dəqiqə ən əsas məsələ delimitasiya və demarkasiya məsələlərinin vaxt itirilmədən başlanılması, bölgədə kommunikasiya əlaqələrinin açılması, Azərbaycan və Ermənistan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin normallaşmasıdır.
Bölgədə tarixi şans yaranıb. Azərbaycan XİN rəhbərinin də bildirdiyi kimi birtərəfli və qərəzli yanaşmalar bu səylərə töhfə verməyəcək, bu baxımdan da beynəlxalq ictimaiyyətin Ermənistanla Azərbaycan arasında normallaşma səylərinə dəstək verməsi olduqca mühüm əhəmiyyət kəsb edir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
-
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək - YENİLƏNİB - FOTO
-
Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyev Veliko Tırnovoda "Şuşa Parkı”nın salınması üzrə Sazişi təsdiqləyib
-
Mina Hasman: “Bakı Ağ Şəhər” layihəsi şəhərlərin regenerativ inkişaf modelinin nümunəsidir
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Vətən müharibəsi iştirakçısı icra başçısı müavini təyin olundu
-
Masazırda qaz verilişi DAYANDIRILDI: SƏBƏB
-
Aşıq Əlinin acı "SONU" - VİDEO
-
Ermənistan pasportlarında Ağrı dağı simvolu LƏĞV EDİLDİ
-
Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
-
Bakı-Tiflis qatarı hansı sürətlə gedəcək? - RƏSMİ
-
Elektron yerdəyişmə prosesi müvəqqəti dayandırılacaq
-
ABŞ və Rusiya liderləri harada görüşəcəklər?
-
Xalq artisti: "Adımdan danışıb pullar qazanıblar"
-
Rusiya son sutkada Ukraynanın 780 PUA-sını vurub
-
Bakı-Tbilisi qatarlarında biletə nələr daxildir?
-
WUF13-ə onlayn qeydiyyat bərpa edildi
-
Bu küçələrə maşınla girmək qadağan EDİLDİ
-
“Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
-
İstanbulda müəmmalı ölüm: Meşədə tapılan qadınla bağlı həqiqət ortaya çıxdı
-
Kəmalənin qalmaqallı mahnısından danışdı: "Ana-bacının oturduğu toya necə ÇAĞIRIRSINIZ?"
-
Bu yaşdan sonra təhlükə artır - Sümüklərlə bağlı vacib xəbərdarlıq
-
Gürcüstana giriş-çıxışa icazə VERİLİR - Bu tarixdən
-
5 ayda 10 minə yaxın travma: Ən çox bu hallar baş verir
-
Afət Fərmanqızının müzakirə yaradan GÖRÜNTÜSÜ - VİDEO
-
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
-
Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI
-
Tramp ailəsinə aid yeni iddia
-
Tbilisiyə qatarla bu qiymətə GEDƏCƏYİK - RƏSMİ





