
2018-ci ildə Bakıda baş tutmuş Formula 1 yarışı İngiltərənin məşhur "The Times" və "The Guardian" nəşrləri kimi dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən "2018-ci ilin ən yaxşı yarışı" adlandırılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Milli.Az-a verilən məlumata görə, televiziya auditoriyasında da builki Azərbaycan Qran Prisi bir çox yarışlardan üstün olub. Azərbaycan Qran Prisini dünya üzrə bütün həftəsonu yarışları daxil olmaqla 83 milyon insan izləyib.
Formula 1-də qalib bəllidir - YENİLƏNİB - FOTO
"Viasat" kommunikasiya şirkətinin Skandinaviya ölkələrinin tamaşaçıları arasında apardığı ictimai sorğuya əsasən, Azərbaycan Qran Prisi, ABŞ və Çin Qran Prilərindən sonra 3-cü yeri tutub.
Rəqəmsal platformalarda ortalama göstərici 3,3 milyon unikal istifadəçi olduğu halda, Azərbaycan Qran Prisini 4,1 milyon unikal istifadəçi izləyib.Bu isə Avstraliya Qran Prisindən sonra mövsümün ikinci ən böyük göstəricisidir.
Məşhur nəşrlər öz məqalələrində builki Azərbaycan Qran Prisini, "Red Bull" komandasının hər iki pilotunun iştirakı ilə qəza, həlledici dairədə bolidin təkərinin deşilməsi və bununla da Valtteri Bottasın qalibiyyətini itirməsi və digər həyəcanlı anlarla təsvir ediblər.
Bakıda Formula 1 tamaşaçılarını gözləyən sürprizlərin bəzi detalları açıqlandı
Azərbaycandakı Formula 1 könüllüləri digər ölkələrdəkindən fərqlənir
Satılan biletlərin 77%-i yerli azarkeşlərin payına düşür. Yarışı izləmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı isə ötən illə müqayisədə 31% artıb və ümumi bilet satışının təxminən dörddə biri əcnəbi tamaşaçıların payına düşür.
Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 26-28 aprel tarixlərində baş tutacaq. Hazırda 4 günlük biletlərdə məhdud sayda nəzərdə tutulmuş 20%-lik endirim təklifi davam edir və 1 yanvar 2019-cu il tarixinə qədər qüvvədə qalacaq. Sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur.
Zəfər Tağı
Milli.Az