Mobil telefon

Huawei Nova 2 Lite təqdim olundu

17 Mart 2018 08:21
0 Şərh     Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Huawei" şirkəti "Nova" seriyasına aid olan yeni smartfon təqdim edib. "Nova 2 Lite" modeli ilkin sifariş üçün təxminən 192 ABŞ dollarına əlçatandır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Huawei Nova 2 Lite" smartfonu ikiqat kamera və arxa paneldə barmaq izləri skaneri ilə təchiz edilmiş çərçivəsiz dizayna malikdir. Smartfon "HD+" (720x1440 piksel) formatlı 5,99 düymlük ekran, 8 meqapiksellik ön kamera və 13+2 meqapiksellik əsas ikiqat kameraya malikdir.

Aparat "Qualcomm Snapdragon 430" səkkiznüvəli prosessoru, 3 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili fləş yaddaşla (microSD formatlı kartların köməyi ilə yaddaşı 256 QB-dək artırmaq mümkündür) təchiz edilib. Akkumulyatorun tutumu 3000 milliamper/saat təşkil edir. "4G LTE", "VoLTE", "Wi-Fi" (802.11 b/g/n), "Bluetooth" və "GPS" dəstəklənir. Smartfon "Android Oreo" əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.