Mobil telefon

İranda "Telegram"ın yaradıcısına qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 22:29
1 Şərh     Baxış: 2 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Prokurorluğu "Telegram" messencerinin yaradıcısı Pavel Durova qarşı cinayət işi açıb.

Milli.Az "Report"a istinadən bildirir ki,bu barədə çərşənbə axşamı yerli ISNA agentliyi məlumat yayıb.
Bildirilir ki, İranın ittihamı messencerin İŞİD terrorçuları arasında geniş yayılması, həmçinin messencerdən narkotik maddələr və insan alveri üçün istifadə olunması ilə əlaqədardır.
Durov ona qarşı açılmış cinayət işini "Twitter" mikrobloqunda belə şərh edib:
"Bu xəbər məni təəccübləndirdi. Biz İranda terrorçuları və pornoqrafik tərkibli məlumatları fəal şəkildə əngəlləyirik. Düşünürəm ki, real səbəb bu deyil".
Onun sözlərinə görə, "Telegram" əməkdaşları hər gün pornoqrafik və terror mahiyyətli mindən çox kanal, proqram və çat bağlayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.