Mobil telefon

2017-ci ilin ən bərbad smartfonu məlum oldu

23 Sentyabr 2017 08:15
0 Şərh     Baxış: 1 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalılar qənaətcil "Nokia 3" smartfonundan narazı qalıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onlar bildiriblər ki, cihaz 2017-ci ilin ən bərbad cihazıdır.
 
Mütəxəssislər cihazı əldə edən istifadəçilərin yazdıqlarını təhlil ediblər və onların sözlərini təsdiqləyiblər. "AKKet" resursunun mütəxəssislərinin sözlərinə görə, "Nokia 3" smartfonunun  texniki xüsusiyyətləri həqiqətən də rusiyalıların münasibətinə təsir edə bilərdi. İstifadəçilər bildiriblər ki, smartfon mobil aparatlar bazarında təqdim olunan bütün cihazlardan ən bərbadıdır. İstehsalçılar onu cəmi 10 min rubla və ya 292 manata satırlar.

İstifadəçilər iddia edirlər ki, cihazın zəif prosessoruna görə onunla işləmək heç mümkün deyil. Bu prosessor əməliyyat platformasının tam olaraq işləməsini təmin edə bilmir.

Həmçinin istifadəçilər cihazın sönük ekranı və kiçik həcmli əməliyyat yaddaşı barədə də mənfi rəylər bildiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.