Mobil telefon

ASUS ZenFone 4 və ZenFone 4 Pro smartfonları təqdim olundu

20 Avqust 2017 17:55
0 Şərh     Baxış: 1 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ASUS" şirkəti Tayvanda "ZenFone 4" və "ZenFone 4 Pro" smartfonlarını təqdim edib. Hər iki smartfon qabaqcıl ikiqat kameralarla təchiz edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki,  "ZenFone 4" smartfonu "Full HD" (1920x1080 piksel) təsvir ölçülü 5,5 düymlük "IPS+" ekranla təchiz edilib. İkiqat kameranın əsas modulunun  təsvir ölçüsü 12 meqapiksel, köməkçi sensorda isə 8 meqapikseldir. Ön kameranın təsvir ölçüsü 8 meqapikseldir. Smartfon "Qualcomm Snapdragon 660" prosessoru ilə təchiz edilib. Həmçinin "Snapdragon 630" prosessoru tətbiq edilmiş versiya mövcuddur. Birinci versiya 6 QB, ikinci versiya isə 4 QB əməli yaddaşa malikdir. Daxili yaddaş isə 64 QB-dır. Akkumulyatorun tutumu 3300 milliamper/saat təşkil edir. "4G LTE Cat", "Wi-Fi (802.11ac)" rabitə modulları dəstəklənir, "NFC", barmaq izləri skaneri mövcuddur.
 
"ZenFone 4 Pro" smartfonu "Full HD" (1920x1080 piksel) təsvir ölçülü 5,5 düymlük "AMOLED" ekran, "Qualcomm Snapdragon 835" prosessoru, 6 QB əməli yaddaş və 128 QB-dək fləş yaddaşla təchiz edilib. 16 meqapiksellik əsas kamera, həmçinin "Sony IMX362" sensoru ilə tcəhiz edilib. Akkumulyatorun tutumu 3600 milliamper/saat təşkil edib.
 
Hər iki cihaz "Android 7.1.1 Nougat" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. "ZenFone 4" aparatının qiyməti 399 dollar, "ZenFone 4 Pro" isə 599 dollardan başlayır.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.