Mobil telefon

Yeni iOS 11 daha etibarlıdır

12 Avqust 2017 07:33
0 Şərh     Baxış: 1 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkətinin mühəndisləri "iOS 11" sistemində şəkil saxlancı ilə işləmək üçün yeni mexanizm ("write-only") hazırlayıblar. Bu mexanizm mobil tətbiqləri tam giriş əvəzinə yalnız informasiyanı yazmaq hüququ ilə təmin etməyə imkan verir.
 
Göründüyü kimi, "Apple" istifadəçilərin fərdi informasiyasını hakerlər üçün əlçatmaz edir. İndi mobil proqram şəkli yadda saxlamaq üçün şəkil saxlancına tam giriş hüququna malik olmalıdır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, amma istifadəçilər unutmamalıdır ki, bu funksiyadan istifadə telefona qurulan mobil proqramın tərtibatçısı tərəfindən zəruri hesab edildiyi halda məqsədəuyğundur. Bu səbəbdən "Apple" şirkəti qurğuya yüklənilən əlavə mobil proqramların seçiminə diqqətlə yanaşmağı tövsiyə edir.
 
Yeni "iOS 11" sistemində istifadəçilərin mobil proqramlar üzərində idarə etmə imkanları genişləndirilib. "iOS 10"-dan fərqli olaraq yeni əməliyyat sistemində istifadəçi mobil proqramı tam giriş və ya yalnız informasiyanı yazmaq hüququ ilə təmin etməyi özü təyin edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.