Mobil telefon

Google Play App Store-u qabaqlayıb

14 Yanvar 2015 21:55
0 Şərh     Baxış: 1 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mobil proqram bazarını təhlil edən appFigures tədqiqat firmasının hesabatına əsasən, 2014-cü ildə Google Play onlayn mağazası tətbiqlərin sayına görə App Storeni qabaqlayıb.

Ötən ilin sonunda Android proqram kataloqunda 1,43 milyon, halbuki App Store onlayn mağazasında 1,21 milyon mobil tətbiq var.

Milli.Az ICTnews-a istinadən bildirir ki, eyni zamanda alma şirkətinin ekosistemi planşet kompüterləri üçün tətbiqlər baxımından Android mobil platformasını xeyli qabaqlayır, çünki iPad üçün tətbiqlərin sayı 500 mini ötür. Faktiki olaraq müasir planşet bazarını yaratmış Apple korporasiyası 2010-cu ildən bu seqmentdə liderdir. Ancaq son zamanlar istehsalçı rəqiblər tərəfindən təzyiqə məruz qalıb.

Analitiklər bildirir ki, 2014-cü ildə Android platforması üçün öz məhsullarını dərc etmiş tərtibatçıların sayı aktiv artıb. Hazırda Google Play onlayn mağazasında 388 min tərtibatçı qeydə alınıb, halbuki ötən ilin iyulunda onların sayı 293 min olub. 2014-cü ilin ikinci yarısında aktivlik artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.