Mobil telefon

Android-lərin yarısında bu təhlükə var

13 Oktyabr 2014 20:57
0 Şərh     Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Android platforması ilə işləyən qurğuların təxminən 45%-nə iki ciddi təhlükəsizlik probleminə malik brauzer quraşdırılıb. Mobil qurğuların təhlükəsizliyi ilə məşğul olan Lookout şirkəti bu cür məlumat paylaşıb.

Computerworld nəşri yazır ki, sözügedən boşluqlar son ayda aşkarlanıb. Bu boşluqlar cinayətkarlara bütün brauzerlərdə mövcud olan SOP təhlükəsizlik maneəsini keçməyə imkan verir. SOP bir domendən işə salınan skriptlərə başqa domenin məzmunu ilə qarşılıqlı əlaqədə olmağa vermir. Bu məhdudiyyət olmadıqda cinayətkarlar, məsələn, Facebook və ya Gmaildə görünməz freymə yüklənilən səhifələr yarada bilərlər ki, bu da istifadəçiləri aldatmaqla bu səhifələrə daxil olmağa vadar edir. Məqsəd istifadəçilərin loqin və parollarını ələ keçirməkdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu boşluq Android platformasının 4.4 versiyasına kimi işləyən qurğularda mövcuddur. Problemin mahiyyəti ondan ibarətdir ki, həmin qurğularda AOSP (Android Open Source Project) brauzeri quraşdırılıb. Yeni cihazlarda bu boşluğa dayanıqlı Google Chrome brauzeri quraşdırılıb. Tədqiqatçıların araşdırmasına görə, AOSP brauzeri ilə işləyən Android qurğularının təxminən 45%-i istifadəçi üçün təhlükəli boşluqlara malikdirlər. Həm də Yaponiyada bu göstərici iki dəfə daha çoxdur, İspaniyada 73%, Böyük Britaniyada 51% təşkil edir.

Google artıq aşkar edilmiş boşluqlar üçün yeniləmə paketi buraxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.