Mobil telefon

Mobil bazar 60 milyard dollara çatacaq

18 Avqust 2014 20:15
0 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Strategy Analytics tədqiqat şirkəti mobil tətbiq bazarında kəskin artım haqda məlumat verib. 2014-cü ildə mobil tətbiq bazarında qlobal gəlir 33,7 milyard dollar təşkil edəcək. 2013-cü ildə bu göstərici 21,4 milyard dollar olub. 2018-ci ildə isə bazarın həcmi 60 milyard dolları ötəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda bazarda gəlirin çox hissəsi daxili satınalmalar (in-app purchases) modelindən istifadə edən ödənişsiz tətbiqlərin, ümumi gəlirin 20 faizdən çox hissəsi ödənişli proqramların payına düşür. Strategy Analytics şirkətinin analitikləri hesab edirlər ki, 2018-ci ilə qədər sonuncunun payı 16 faizdək azala bilər.

Tədqiqata əsasən, yaxın illərdə App Store və Google Play mobil qurğular üçün ən böyük tətbiq satıcısı olaraq qalacaq, Windows Phone Store və Amazon Appstore ticarət meydançaları isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.