Mobil telefon

BlackBerry işini genişləndirir

30 İyul 2014 20:15
0 Şərh     Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
BlackBerry səs və məlumatların şifrlənməsi üzrə ixtisaslaşmış özəl alman şirkətini satın alır. Bu haqda BlackBerry şirkətinin nümayəndələri məlumat veriblər. Şirkətin yeni satınalması korporativ və hökumət sifarişçilərinin ehtiyaclarının təmininə hesablanmış texnologiyaların yaradılmasına hədəflənib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Secusmart şirkəti hökumət müştəriləri və telekommunikasiya şirkətləri üçün şifrli proqram təminatı və dinlənilməyə qarşı dayanıqlı xidmətlər buraxır.

Secusmart texnologiyaları hazırda Almaniya və Kanadada hökumət kommunikasiyalarının mühafizəsində istifadə olunur. Secusmart məhsulları BlackBerry 10 platforması ilə uyğundur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.