Mobil telefon

Apple-in sabiq şefi smartfon hazırlayır

21 Aprel 2014 20:56
0 Şərh     Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Apple şirkətinin keçmiş baş direktoru Con Skalli Hindistan sakinləri üçün öz mobil platformasını işə salmağı planlaşdırır. Skalli deyib ki, platforma müasir texnologiya və bank xidmətlərinə çıxışa malik olmayan Hindistan sakinləri üçün nəzərdə tutulub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Skallinin təsis etdiyi Inflexpoint şirkəti artıq cari ilin mayında Hindistan bazarında ObiMobiles brendi altında smartfonların satışına başlayacaq. Hindistanda smartfonların payı 20% təşkil edir, bu halda ölkə sakinlərinin əksəriyyəti müasir mobil texnologiyalarla tanış deyil - Infelxpoint şirkətindən bildirilib.

Bildirək ki, ConSkalli 1983-1993-cü illərdə Apple şirkətinin baş direktoru olub.

Inflexpoint şirkəti Hindistandaşəxsi tədarük zəncirini, dizaynmərkəzini, həmçinin satış ofisləri yaratmağı planlaşdırır. Şirkətdən bildirilib ki, hind istehlakçıları üçün ucuz smartfonlaristehsal ediləcək.IDC Corpunməlumatına əsasən, 2012-ci ildə Hindistan bazarına 16,2 milyon smartfontədarük edilib. 2013-cü ildə bu göstərici 44 milyon olub.2014-cü ildətədarük həcminin 80 milyona çatacağı gözlənilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Hindistanda yeni brendin yaradılması üçün böyük imkanlar var və biz yerli sakinlərin ehtiyaclarını təmin etmək üçün istehsal və marketinq imkanlarından istifadə edəcəyik - deyə Skallibildirib. Onun sözlərinə görə, şirkət Hindistana 80-115 dollar məbləğində smartfonlar tədarük edəcək.

ConSkalli hələ ki smartfonlar haqqında ətraflı məlumat verməsə də, qurğuların Çində quraşdırılacağı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.