Kulinariya

Asan hazırlanan şirniyyatlar

10 Sentyabr 2018 07:00
23 Şərh     Baxış: 15 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirniyyatlar gündəlik qidalanma da hər kəsin əvəzolunmazıdır.

Milli.Az axşam.az-a istinadən evdə hazırlaya biləcəyiniz br neçəpiroqu təqdim edir:

Tərkibi:

Biskvit üçün:

6 ədəd yumurta

1 st şəkər tozu

1 st un

qabartma tozu

vanil

Krem:

250 qr yağ

1 ədəd qatlaşdırılmış süd

Qlazur:

6 x.q. şəkər tozu

2 x.q. süd

4 x.q. kakao

100 qr kərə yağı

Üzəri üçün:

Çiyələk

Hazırlanması:

Əvvəlcə biskvit üçün olan ərzaqları qarışdırıb, biskvit bişiririk. Soyuduqdan sonra kremləyib, üzərinə qlazur tökürük. Sonda tortun üzərini çiyələk ilə zövqə görə bəzəyirik.

Portağallı dietik piroq

Tərkibi:

5 paçka 5%-li kəsmik (900 qram)

1 ¼ su stəkanı süd

1 portağal

5 xörək qaşığı bal

7 ədəd yumurta

Hazırlanması:

Portağalın qabığını sürtgəcdən keçirin. İki qab götürün və yumurtanın ağını sarısından ayırın. Yumurtanın sarısına bal, kəsmik və portağal qabığını əlavə edib mikserlə çalın. Yumurtanın ağını köpənəcən çalın və sarısı ilə asta-asta qarışdırın. 26 sm ölçülü dairə formasında soba qabına qida kağızı qoyub yağlayın və alınmış kütləni ora əlavə edin. əvvəlcədən qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Soyuduqdan sonra bir az da soyuducuda saxlayıb servis edə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.