Soçi paxlavası belə bişirilir - RESEPT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şirniyyat yeməyi hər birimiz xoşlayırıq. Amma onu yeməklə bərabər hazırlamağı sevənlər də çoxluq təşkil edir. Milli.Az ailem.az-a istinadən maraqlı və dadlı bir paxlava resepti təqdim edir. Bu, ənənəvi paxlavadan fərqli paxlava növüdür.
Lazım olanlar:
3 yumurta
2 yumurta ağı
250 qram kərə yağı
Apardığı qədər un
Yarım çay qaşığı soda
İçlik üçün lazım olanlar və onun hazırlanma qaydası:
1 stəkan doğranmıs (bir az iri şəkildə doğranmalıdır ) fındıq, qoz, araxis, qara kişmis
2 stəkan şəkər tozu
Vanil
Doğranmış ləpəyə şəkər tozunu və vanili əlavə edib qarışdırın. Daha sonra 2 yumurta ağını kənarda bize halına gələnə qədər çırpıb, onu da qarışığa əlavə edin və hamısını birlikdə qarışdırıb iki bərabər hissəyə ayırın.
Xəmirin hazırlanması:
Yağı azca əridin, ora soda və 3 yumurtanı da əlavə edib, yumşaq xəmir yoğurun. Xəmiri üç bərabər hissəyə ayırıb kündələyin. Birinci kündəni oxlovla yayıb soba qabına sərin. Xəmiri əlinizlə qabın içində bir az da yaya bilərsiniz. Sonra böldüyünüz içliyin bir hissəsini xəmirin üzərinə yayın. İkinci kündəni də yayıb içliyin üzərinə sərin və bu xəmirin hər tərəfdən kənarlarını aşağıdakı xəmirin altına yığın. Onun da üzərinə içlik yayın və üçüncü kündəni də yayıb onun üstünə qoyun. Üçüncü yuxanın da kənarlarını alta doğru yaxşı bükün. Bu ona görə edilir ki, bişərkən şirə kənara axmasın. Üstünə yumurta sarısı sürtün.
Yuxanı zədələmədən bir çöpün yardımı ilə üzərində paxlava rombları çəkin. Amma çox yavaş edin, çünki yuxaya zərər dəysə, bişmə əsnasında şirə axacaq.
Əvvəlcədən 180 dərəcədə isidilmiş sobaya qoyun. Təxminən 45 dəqiqə üstü qızaran qədər bişirin. Tamamilə soyuduqdan sonra çəkdiyiniz rombların üzəri ilə paxlava formasında doğrayaraq servis edə bilərsiniz.
Nuş olsun!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mourinyo 6 futbolçunu "Real"dan göndərəcək
-
Həmin sürücü həbs edildi
-
"Qazancım yoxdur, geyimimə, layihələrə yatırım edə bilmirəm"
-
Millimiz dünya çempionatında ikinci qələbəsini qazandı
-
Cəfər Əsədova yüksək vəzifə verildi
-
ABŞ-də güclü zəlzələ oldu
-
Şəhid atası vəfat etdi - FOTO
-
Rövşən Muradov vəfat etdi
-
“Mən olmasaydım, İsrail mövcud olmazdı”
-
Oğurladığı 10 mini görün nəyə xərclədi - VİDEO
-
Velosiped sürən uşağı maşın vurdu
-
Küveyt onlara 24 saat vaxt verdi
-
Kafedən oğrluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı
-
20 yaşındakı arzusunu 30 il sonra gerçəkləşdirdi
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirlər silsiləsi uğurla davam edir - FOTO
-
Bakıda məşhur siqaret yoxa çıxıb - Satış nöqtələrində tapılmır
-
Azərbaycanlı müğənni saçlarını kəsdi - FOTO
-
Paşinyandan göyərçin şousu - VİDEO
-
PFL-in prezidenti postuna iddialı namizəd
-
Bakılı qadın Rusiyada nazir təyin olundu
-
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir
-
Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib - FOTO
-
ARD Azərbaycana qarşı: alman media təxribatının anatomiyası





