Milli.Az şokoladlı-halvalı piroqun hazırlanma qaydasını təqdim edir. Halvanı banan və qozla da əvəz edə bilərsiniz.
Tərkibi:
xəmir:
3.5 st. un (500 q)
1 x.q. quru maya (və ya 25 q yaş maya)
1/2 st. (100 q) şəkər tozu
100 q kərə yağı
2/3 st. (160 ml) isti süd
2 yumurta
1/2 ç.q. duz
iç:
1,5 plitka şokolad
250 q halva
başqa variant: 1.5 banan + 1 ovuc xırdalanmış qoz
Unla mayanı qarışdırın.
Şəkər tozu və yumurtanı əlavə edib mikserlə qarışdırın.
Süd və kərə yağını mikrodalğalı sobada 1 dəqiqə qızdırın və xəmirə əlavə edin.
Xəmiri mikserlə 5 dəqiqə çalın.
Üzərinə dəsmal çəkib isti yerdə yarım saat saxlayın. Sonra isə soyuducuya qoyub minimum 4 saat saxlayın. Alternativ variant: 2 saat isti yerdə saxlayın, yayarkən isə daha çox un istifadə edin.
Xəmiri azca un səpməklə yayın (eni 3, uzunu 2 şokolad plitkası uzunluqda). Artıqlarını bıçaqla kəsib hamarlayın (düzbucaqlı olmalıdır).
Xəmiri oxlova büküb perqament döşənmiş siniyə qoyun, açın.
Xəmirin tam ortasında 1,5 şokolad plitkasını yerləşdirin. Bıçaqla kənarlarını bəlirləyin (kəsməyin, konturunu cızın).
Bu konturun içinə halvanı qoyun. Üzərinə isə 1,5 şokolad plitkasını.
Halva yerinə banan və xırdalanmış qoz götürə bilərsiniz.
Konturdan kənardakı xəmiri 1 kubik şokolad enində (bu, vacibdir) şəridlərə doğrayın. Yuxarı və aşağı başlarda yer qoymağı unutmayın.
Hörük: aşağı və yuxarı hissələrdəki xəmiri içəriyə doğru qatlayın. Kənardakıları isə azacıq dartıb uzadaraq bir-birinin üzərinə qatlayın.
Hazır hörüyün üzərinə dəsmal örtüb yarım saat isti yerdə saxlayın. Sonra üzərinə yumurta çəkin, 170-180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Nuş olsun!
Resept: vk.com/academy_main
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Qısa müddətdə hazırlanan ən dadlı şokoladlı peçenye: Evdar qadınların SİRRİ
- Sobada maraqlı kotlet resepti – Yağ ləkəsindən də qurtulacaqsınız
- 5 dəqiqədə necə dadlı toyuq hazırlamaq olar?
- Mətbəxdə ən lazımsız 4 ləvazimat
- 5 dəqiqədə necə dadlı toyuq hazırlamaq olar?
- Bişmiş makaron yuyula bilməz – İKİ İSTİSNA
XƏBƏR LENTİ
- Van Dammın azərbaycanlı gəlinindən əri ilə bağlı paylaşım - FOTOlar
- Zelenskinin səlahiyyət müddəti başa çatır: Yeni prezident seçiləcək?
- İranda 5 günlük matəm elan edildi - YENİLƏNİB
- Abdullahianı kim əvəz edəcək?
- Mayın 20-nin ən xoşbəxt BÜRCÜ: Xoş sürprizlərlə dolu bir gün olacaq
- Rəisinin dəfn tarixi və yeri açıqlandı
- “YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir - VİDEO
- Arda Gülər dubl etdi, adını “Real”ın tarixinə yazdırdı - VİDEO
- Qəzada öldüyü deyilən İran rəsmisi sağ qalıb? - YENİLƏNİB - FOTO
- Qvardiola Kloppa görə ağladı
- Putin Rəisinin həlak olması ilə bağlı başsağlığı verib
- Sabah 24° isti olacaq
- Kirants kəndində sərhəd dirəkləri quraşdırılıb
- Lalə Məmmədovadan yeni FOTOlar
- Ərdoğandan Rəisinin ölümünə reaksiya - "Qardaşım..." - FOTO
- Dünya çempionumuzun HƏDƏFİ
- Xameneinin varisi öldü: yeni varis kim olacaq? - FOTO
- ““TikTok”da kasıbın 3-5 hədiyyəsinə möhtacsan”
- Yayda mənzillərin qiyməti ucuzlaşacaq
- "Ermənilər danışıqlar prosesində mümkünsüz tədbirlərə əl atırdılar " VİDEO - FOTO
- Flora Kərimovadan nəvəsi ilə bağlı paylaşım - VİDEO
- Qəzada ölən Təbriz imamının evi... - VİDEO
- Pəncərədən yarımtikiliyə yıxıldı - VİDEO
- Qəzadan az öncə: Rəisi işarə edir və… - SON VİDEO