Milli.Az Stalik Xankişiyevin bloquna istinadən lobyalı, basmati və qara düyüdən səbzi-qovurmalı plovun hazırlanma qaydasını təqdim edir
Tərkibi:
1 kq basmati düyüsü
200 q qara düyü
1 kq ət
500 q göyərti (kəvər, keşniş, reyhan, şüyüd, göy sarımsaq və s.)
500 q yaşıl maş lobyası (zövqə görə, əgər lobya istifadə etməyəcəksinizsə, göyərtini 1 kq götürün)
700 q baş soğan
500 ml ərinmiş yağ
sarıkök
zəfəran
duz
qurudulmuş laym (zövqə görə)
İki fərqli düyüdən plov bişirəcəksinizsə, düyüləri ayrı-ayrılıqda isladın.
Adi basmati düyüsünü 60 dərəcə C istilikli və çox duzlu suda isladın.
Enli yastı qazana, yaxud dərin tavaya əti bir lay döşəyin, su tökün, amma su ətin üzərinə çıxmasın (təxminən ətin yarısından). Qapağı örtüb orta itilikli ocağın üstünə qoyun.
Ətin suyun üstündə qalan hissəsinə görə narahat olmayın: onu buxar bişirəcək.
İri qazanda təxminən 5 l su qaynadın, hər 1 litr üçün 1 x.q. duz əlavə edin. Qaynayanda qara düyünü əlavə edin, vaxta baxın, qara düyü hazır olmağa 10 dəqiqə qalmış basmati düyüsünü əlavə edin (qara düyünün bişmə vaxtını qablaşdırmasının üstündə yazılan qaydada ayarlayın).
Adətən, basmati düyüsünün hazır olması üçün 10 dəqiqə bəs edir, qara, qəhvəyi düyü sortları isə 40 dəqiqə və daha uzun müddətə bişir.
Yəni bu halda qara düyünü təxminən yarım saat bişirib sonra basmatini əlavə edərək daha 10 dəqiqə qaynadın.
Düyünün hazır olub-olmadığını barmaqlarınızın arasında sıxaraq yoxlayın.
Əgər qara düyü 40 dəqiqə deyil, 38, yaxud 42 dəqiqə bişsə, qorxusu yoxdur, basmatinin vaxtını isə ötürmək olmaz.
Qazanı tez-tez qarışdırın ki, düyü dibə çöküb lopalanmasın, suyun çox olmasına rəğmən qazanın dibinə yapışıb yanmasın.
Düyünü süzün. Amma aşsüzəndə çox saxlamayın, düyünün ağırlığı basıb aşağıdakı layları əzir, həmçinin qaynar olduğu üçün daha çox "bişir".
Kərə yağı ilə yağlanmış mis, yaxud alüminium qazanın dibinə xəmirdən hazırladığınız qazmağı, yaxud hazır lavaşı döşəyin.
Aşsüzəni silkələyərək düyünü lavaşın üzərinə tökün, amma çalışın, düyü qazanın divarlarına dəyməsin, onu təpəcik formasında qazana yığın.
Qazanın qapağını dəsmalla bağlayıb qazanın ağzına qoyun.
Əvvəlcə ocağı iti edin, 15-20 dəqiqə sonra isə azaldıb dəmə qoyun.
Soğanı doğrayın, 4 x.q. ərinmiş yağda qovurun.
Bişirdiyiniz ətin rəngi çəhrayı-boz, suyu isə təmiz olmalıdır. Əgər kəfini yığmağı unutmusunuzsa, o zaman əti aşsüzənə yığın, bulyonunu isə cunadan süzün.
Qızılı rəng almış soğana sarıkök əlavə edin, əti və bulyonu da buraya qatın. Ocağı artırın ki, bulyonun bir hissəsi buxarlansın.
Bu cür hazırlamaqda məqsəd əti qıpqırmızı qızartmaq deyil, onun qəşəng qovrulması, sarıkök və soğanın dadını özünə çəkmiş yağı hopdurmasıdır. Ətə zəfəran dəmləməsi də əlavə etmək olar, həm rəngi, həm dadı üçün.
Həmçinin qurudulmuş laym da əlavə etmək olar. Qurudulmuş laym İran mətbəxinə aid ədviyyatdır. Yəni milyonlarla azərbaycanlı ailəsində səbzi-qovurmalı plovu laymsız da hazırlayırlar. Ancaq onu əlavə edəndə dadı və ətri bir qədər dəyişir.
Düyü 40 dəqiqə dəmləndikdən sonra üzərinə zəfəran dəmləməsi və ərinmiş yağın qalanını əlavə edin, qazanın qapağını örtün, bir qədər də dəm alsın.
Maş lobyasını ətə əlavə edin, tavanın qapağını örtün. Yaşıl maş lobyası buxarda 10 dəqiqəyə hazır olur. Amma vacibdir ki, qazanın qapağı örtülü ola, ətin də bulyonu tam qurumaya. Lobya bişməli, amma rəngini itirməməlidir.
Doğranmış göyərtini ətə əlavə edin, rəngi dəyişənədək bişirin.
Bəzi aşpazlar göyərtini ətə hissə-hissə əlavə edirlər, aradabir bulyon da tökürlər ki, göyərti bütün dadını ətə verə bilsin. Əgər göyərti çoxdursa, bu cür bişirmək ağlabatandır.
Ancaq səbzi-qovurmanı yaşıl maş lobyası ilə bişirirsinizsə, o zaman bütün göyərtini ətə birdəfəyə əlavə edin, qaynara düşəndə qarışdırın, ikinci dəfə qaynayanda isə ocaqdan götürün.
Düyünü və səbzi-qovurmanı ayrı-ayrı buludlara çəkin.
Nuş olsun!
Bayramınız mübarək!
Milli.Az
Kulinariya
Mətbəx sirləri: Səbzi-qovurmalı plov - FOTOSESSİYA
28 İyul 2014 07:00
7 Şərh
Baxış: 6 558
DİGƏR XƏBƏRLƏR
- Qısa müddətdə hazırlanan ən dadlı şokoladlı peçenye: Evdar qadınların SİRRİ
- Sobada maraqlı kotlet resepti – Yağ ləkəsindən də qurtulacaqsınız
- 5 dəqiqədə necə dadlı toyuq hazırlamaq olar?
- Mətbəxdə ən lazımsız 4 ləvazimat
- 5 dəqiqədə necə dadlı toyuq hazırlamaq olar?
- Bişmiş makaron yuyula bilməz – İKİ İSTİSNA
XƏBƏR LENTİ
- Kredit götürən ölürsə, varisi bu halda borcu qaytarmır
- Rəisi nə vaxt və hansı şəhərdə dəfn olunacaq?
- Orqanizmə faydalı 5 balıq növü
- Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş Plenum keçirilib - FOTOlar
- Blinken: “Netanyahunun həbsinə order verilməsi tələbi biabırçılıqdır”
- Roza Zərgərlidən iddialı FOTOlar
- Telefonun enerjisini uzun müddət saxlamağın 8 yolu
- Baş ağrısına dözmək görün nələrə səbəb olur
- Türkiyə Rəisiyə görə matəm elan etdi
- Mierina səfərə fərqli başladı: Əvvəlcə Şuşa, sonra...
- Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər
- 1901-ci ildən bəri yanan lampa: 123 illik TARİXİ var
- Sabah bu rayonda qaz olmayacaq
- Uşağınızda öz fikrini formalaşdırmağın YOLLARI
- Bunlar sübut edir ki, helikopter... - "Əgər havada vurularaq yerə düşmüş olsaydı..." - VİDEO
- Moskvada azərbaycanlılara məxsus restoran yanıb - VİDEO
- Qarğıdalı alanda bunlara DİQQƏT EDİN
- İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq
- Ərdoğan Rəisinin vəzifəsini yerinə yetirən Müxbirlə danışdı
- Yeganə Axundova Talinn şəhərində konsert proqramı ilə çıxış edib - FOTOlar
- Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlandı
- ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI
- Benzinlə işləyən avtomobilə dizel vuruldu - Maşın bu hala düşdü - VİDEO
- Rəisini daşıyan helikopterdəki bir nəfər qəzadan sonra 1 saat sağ qalıb - FOTO