Çox dadlı tərəvəz yeməyi resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mövsümün ən təzə tərəvəzlərini eyni qazanda birləşdirən "Türlü" yeməyi həm yüngül, həm də doyurucu yemək istəyənlər üçün ideal seçimdir. Tərəvəzlərin öz suyunda yavaş-yavaş bişməsi ilə ortaya çıxan zəngin ətir, pomidor və ədviyyatların ahəngi ilə daha da ləzzətli olur. İstər ətli, istərsə də ətsiz hazırlana bilən bu ənənəvi türk yeməyi həm gündəlik süfrələr, həm də qonaqlarınız üçün mükəmməldir.
MilliAz lazım olan ərzaqları təqdim edir:
2 ədəd orta boy kartof
2 ədəd badımcan
2 ədəd gənc kabakçi
2 ədəd yaşıl bibər
1 ədəd qırmızı kapya bibəri
2 ədəd orta boy pomidor
1 ədəd böyük baş soğan
3 diş sarımsaq
5 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çay qaşığı pul bibər
Yarım çay qaşığı kəklikotu
1,5 stəkan isti su
Üzəri üçün: Xırda doğranmış cəfəri
Necə hazırlanır?
Badımcanları ala-bula soyub iri kublar şəklində doğrayın. Acılığının getməsi üçün duzlu suda 15-20 dəqiqə saxlayın, sonra yuyub qurudun.
Kartof və balqabaqları iri kublar şəklində doğrayın. Yaşıl və qırmızı bibərləri iri parçalar halında kəsin. Soğanı yeməklik, sarımsaqları isə nazik doğrayın.
Geniş bir qazanda zeytun yağını qızdırın. Soğan və sarımsaqları bir neçə dəqiqə qovurun, sonra tomat pastasını əlavə edib ətri çıxana qədər qarışdırın.
Doğranmış pomidorları əlavə edib 4-5 dəqiqə bişirin. Duz, qara istiot, pul bibər və kəklikotunu əlavə edib qarışdırın. Əvvəlcə kartofu, daha sonra badımcan, balqabaq və bibərləri qazana əlavə edin. Tərəvəzləri əzmədən ehtiyatla bir-iki dəqiqə qarışdırın.
İsti suyu əlavə edin. Qazanın qapağını bağlayıb vam odda, tərəvəzlər yumşalana qədər təxminən 35-40 dəqiqə bişirin.
Ocaqdan aldıqdan sonra 10 dəqiqə dincəlməsini gözləyin. Üzərinə xırda doğranmış cəfəri səpərək isti şəkildə servis edin. Nuş olsun!
Tərəvəzlərin hamısını eyni ölçüdə doğrasanız, eyni vaxtda bişəcəklər.
Badımcanları duzlu suda saxlamaq həm acılığını alır, həm də yağ çəkməsinin qarşısını alır.
Tərəvəzləri qazana qoyduqdan sonra çox qarışdırmayın ki, əzilib dağılmasınlar.
Yeməyi bişdikdən sonra 10-15 dəqiqə dincə qoymaq ləzzətinin tam oturmasını təmin edir.
İstəsəniz bu reseptə 300 qram dana və ya quzu əti əlavə edərək daha doyurucu hala gətirə bilərsiniz. Yanında düyü plovu və ya qatıqla servis etmək çox yaraşır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar
-
Berna Laçin saxlanıldı
-
Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
-
Azərbaycan əsgəri 20 km dərinliyə necə gedə bilib? - Papikyan
-
Bakıda məktəbli qətli: Uşağı məsuliyyətdən yayındırmaq üçün saxta sənəd düzəldirlər? - (Foto)
-
Bakının 5 rayonunda torpaq və mənzillər bahalaşacaq - Açıqlama
-
Yeni Ramana küçəsində təmir başlayır
-
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
-
“Dəmir yolu müqaviləsini ləğv edə bilərik” - Paşinyan
-
Amansızlıqla qətlə yetirilən 24 yaşlı Fatimənin (Fotosu)
-
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
-
Dado və Elşad Xose bir arada - (Video)
-
Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?
-
Türkiyə millisində Montellanın yerinə keçəcək baş məşqçi müəyyənləşdi
-
Ukraynaya endirilən zərbələr nəticəsində ölənlərin sayı 18-ə çatıb
-
Zelim Tçkayev finalda məğlub olub
-
Ömər Rəcəbli dünya üçüncüsü olub
-
Pedro Rodriges karyerasını başa vurdu
-
Kıvanç Tatlıtuğun uşaqlıq (Fotosu)
-
Bakı–Qazax yolunda ağır qəza: 4 ölü, 1 yaralı var - Yenilənib
-
Ceyhun Bayramov Orta Dəhliz və regional əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb - (Foto)
-
Filarmoniyada görkəmli bəstəkar Cahangir Cahangirovun 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirildi - (Foto)
-
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
-
Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament təsdiqlənib





