Kulinariya

Fərqli və dadlı düşbərə necə hazırlanır?

1 İyun 2024 07:50
Baxış: 1 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən bildirir ki, soyuq havanın dadlı yeməyi düşbərənin hazırlanma qaydasını təqdim edirik.

Düşbərənin hazırlanması üçün lazım olan ərzaqlar aşağıdakılardır:

350 qram yağlı qoyun əti

1 orta boy soğan,

1 dolu çay qaşığı duz

1/2 çay qaşığı istiot.

Xəmiri üçün 250 qramlıq stəkanla 1 dolu stəkan un, yarım çay qaş duz, 1 yumurta, 50 qram su.

1. Əvvəlcə xəmiri hazırlayın. İri qabda un, duz, yumurta və suyu qarışdrın. Alınan kütləni azacıq unlanmış taxta və ya masaya qoyub, əlinizlə xəmir yoğurun.Xəmir elastik olmalıdır. Xəmiri qaba qoyub, üstünü çay dəsmalı ilə örtün və kənara qoyun ki, xəmir dincəlsin. Bu müddət ərzində içi hazırlayın.

2. İçi hazırlamaq üçün, bir qaba əti, soğanı, duz və istiotu qoyub, yaxşıca qarışdırın.

3. Masanızı və ya taxtanızı unlayın, və xəmirinizi oxlovla 40 cm diametri olan çox nazik dairəyə açın.

4. Açdığınız xəmiri iti bıcaqla 2.5 cm-lik kvadratlara kəsin. Hər kvadratın ortasına bir çimdik iç qoyun.

5. Kvadratın iki əks ucunu bir yerə gətirib, yapışdırın. Alınan üçbucağın iki ucunu şəkildə gördüyünüz kimi birləşdirin. QEYD: Düşbərə bəzən üçbucaq deyil düzbucaq kimi bükülür, və sonra düzbucağın iki ucu birləşdirilir. Alınan düşbərələri aralı-aralı azca unlanmış siniyə düzün.

6. Düşbərənin suyunu hazırlayın. Bunun üçün yağı qızdırın və soğanı bu yağda yumuşalanadək qızardın. Tomat əlavə edin və qarışdıra-qarışdıra yarım dəqiqə bişirin. Duz əvavə edib qarışdırın. Sonra isə su əlavə edib, qaynadın.

7. Odun altını bir az azaldın. Düşbərələri qazana töküb təxminən 7-10 dəqiqə ərzində bişirin. Hazır düşbərələr suyun üzünə qalxacaq. Dadına baxın, əgər xəmir yumuşaqdırsa, düşbərəni oddan kənara çəkin.

8. Hazır düşbərəni kasalara qoyub, üstünə ya təzə keşniş, ya da ki, quru nanə səpin. Süfrəyə sirkə-sarımsaqla verin. 

Nuş olsun!

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.