Ermənistan-Azərbaycan münaqişəsi

Ermənistanın hücumuna məruz qalan yaşayış bölgələrində əhali arasında maarifləndirmə aparılır

5 Noyabr 2020 14:59
Baxış: 1 138
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq dinc əhalinin sıx yaşadığı ərazilərimizi, o cümlədən döyüş meydanından kənarda yerləşən yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən atəşə tutması halları davam edir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a verilən məlumata görə, təcavüzkar Ermənistan tərəfi dinc sakinləri hədəfə almaqda davam etdiyindən əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif maarifləndirmə tədbirləri də həyata keçirilir.

FHN də həmin tədbirlər çərçivəsində dinc sakinlər arasında maarifləndirmə işinin genişləndirilməsi üçün çap materialları (maarifləndirici vərəq və plakatlar, bröşürlər, istiqamətverici plakatlar) dərc edib. Müxtəlif məzmunlu maarifləndirici çap materialları cəbhəyanı ərazilərdə və düşmən tərəfinin hədəfinə çevrilmiş digər yaşayış məntəqələrinin əhalisi arasında paylanılır və müvafiq maarifləndirmə işləri aparılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.