İranın Ermənistana yardımlarına etiraz edən ərdəbilli gənclərə CƏZA: Həbs, şallaq... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən müharibədə Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz məqsədilə Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirən 12 ərdəbilli fəal barəsində məhkəmə qərar çıxarıb.
Milli.Ax azxeber.com-a istinadən xəbər verir ki, bununla bağlı "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumatlara görə, barələrində məhkəmə qərarı çıxarılan şəxslər Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtəza Pərvin , Müctəba Pərvin, Həmid Heydəri, Məhəmməd Colani, Səccad Colani, Sübhan Bəxşi, Mehdi Huşmənd, Pərviz Siyabi və Bəhmən Xeyrcudur.
Fəallar "hüquq-mühafizə orqanlarının məmurlarına qarşı itaətsizlik" ittihamına görə 7 ay 16 gün, "ictimai asayişi pozmaq" ittihamına görə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər.
Qeyd edək ki, həmin fəallar sentyabrın 28-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər.
Sonrakı günlərdə də oxşar məqsədlə Cənubi Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da saxlanılmış və girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)





