İran

İran və Azərbaycan arasında kommunikasiyalar genişlənir

23 Yanvar 2026 19:35
Baxış: 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

30 il bundan öncə biz azərbaycanlı qardaşlarımız üçün Araz dəhlizini yaratmışdıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Vəhid Cəlalzadə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə dostluq görüşündə deyib.

O, qeyd edib ki, ölkələrin suverenliyinə və ərazi bütövlüklərinə hörmətlə yanaşırıq.

"Azərbaycan rəsmiləri hər zaman bizdən Araz dəhlizi barəsində soruşurlar. Biz oradakı avtomobil yolunu genişləndirərək dörd zolaqlı edəcik. Ümid edirik ki, Kəlalə Ağbənd dəmir yolunun mart ayında açılışını edəcəyik və bu kommunikasiyalar iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcək", - İran rəsmisi əlavə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.