Pezeşkiandan gözlənilməz addım: Tehranda intriqa kəskinləşdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni vitse-prezident təyin edilmiş Məhəmməd Cavad Zəfir İran Prezidenti Məsud Pezeşkiyanla arasındakı fikir ayrılığına görə istefa verib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.
Onun fikrincə, Zərifin istefası ümumi şəkildə təqdim olunsa da, islahatçı düşərgədə Pezeşkianla bağlı narazılıq var.
"Zərif hökumətin formalaşdırılması ilə məşğul olan məşvərətçi orqanın işini koordinasiya edirdi. Pezeşkian seçiləndən dərhal sonra həmin quruma rəhbərlik Zərifə verilmişdi. O, təsdiq olunan və avqustun 11-də parlamentə təqdim edilən yeni nazirlər kabinetinin formalaşmasına cavabdeh olmalı idi. Siyahıya 19 nəfər daxildir ki, onların da hamısı mühafizəkar qanadın nümayəndəsidir. Zərif xüsusilə müdafiə və xarici işlər nazirlərinə namizədlərin seçilməsindən narazı qalıb. Belə çıxır ki, o, hökumətin qurulmasında iştirak etməliydi, amma buna icazə verilməyib", - Tarasov bildirib.
Ekspertin fikrincə, hazırda Tehranda kəskin siyasi intriqa hökm sürür:
"Səbəblərdən biri odur ki, Zərif xüsusilə İranın xarici siyasəti məsələsində islahatçı istiqamətin nümayəndəsi kimi qəbul edilir. O, İranın Avropa və ABŞ ilə mümkün qədər sıx münasibətlərinin tərəfdarıdır. Unutmaq olmaz ki, Zərif 2015-ci ildə nüvə müqaviləsinin imzalanmasında İran tərəfinin ən ciddi iştirakçılarından biri olub.
O da diqqət çəkir ki, Zərif HƏMAS liderinin Tehranda öldürülməsinə cavab olaraq İsraili vurub-vurmamaq barədə qərarın verilməli olduğu anda gedir. Ola bilsin, Zərif İsrailə qarşı daha yumşaq münasibətin tərəfdarı idi, bu da onun yüksək dövlət vəzifəsindən getməsinə səbəb olub".
Tarasova görə, Zərifin istefası İran elitaları arasında mübarizənin güclənməsindən xəbər verir və bu, xarici oyunçular üçün stimuldur: "Çünki bu, Tehranda kifayət qədər kəskinləşmiş problemlərin olduğunu göstərir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Tehrandan nüvə təhdidi
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Soda İbrahimiyə edam cəzası verildi
-
ABŞ-nin hücumu nəticəsində ölən İran hərbçilərinin sayı açıqlandı - (Foto)
-
ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb
XƏBƏR LENTİ
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Xırdalanda yaşayış evinin həyətində qumbara partladı - 19 yaşlı qız öldü
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)





