İran

Kirmandakı partlayışlara görə 11 nəfər saxlanıldı

6 Yanvar 2024 09:37
Baxış: 1 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Kirman şəhərində törədilən partlayışda iştirak etməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb. 

İranda törədilən terror aktında şübhəli bilinən şəxslər saxlanıldı

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İranın "Tasnim" agentliyi yayıb. 

Bildirilir ki, Kirmanda partlayışları törədən iki şəxsin yaşadığı ev də aşkar edilib. Evdə isə partlayıcı qurğular tapılıb. 

İranın Daxili İşlər Nazirliyi isə öz növbəsində insidentdə həlak olan şəxslərin sayını dəqiqləşdirib. Belə ki, partlayış zamanı 89 nəfər ölüb, daha 284 nəfər isə yaralanıb. 

Xatırladaq ki, yanvarın 3-ü Kirmanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı keçirilən tədbir zamanı partlayışlar baş verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.