Bu gün günorta saatlarında İranın şimalında yerləşən Qum vilayətində metaləritmə zavodunda güclü partlayış baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 21 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralanlardan birinin vəziyyəti ağırdır.
Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az