İranda dəhşətli partlayış: 21 nəfər yaralandı

20 Sentyabr 2023 16:45

Bu gün günorta saatlarında İranın şimalında yerləşən Qum vilayətində metaləritmə zavodunda güclü partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 21 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralanlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az