"İranın vəzifəli şəxslərinin Azərbaycanı təhdid etməsi qırmızı xətti keçib"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan səfirliyinə qarşı törədilən terror aktından sonra münasibətlər həddindən artıq gərginləşdi. Azərbaycan səfirlik əməkdaşlarını təxliyə etdi, artıq bizim onlarla hər hansısa bir diplomatik münasibətimiz qalmadı. Amma hələlik Təbrizdəki baş konsulluğumuz fəaliyyətini davam etdirir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, son dövrlər İranın bizə qarşı artan təhdidləri, onların ayrı-ayrı vəzifəli şəxslərinin Azərbaycanı təhdid etməsi qırmızı xətti keçib: "Azərbaycan müstəqil olduqdan sonra İran daim bizə qarşı kəşfiyyat pozuçuluq işləri aparmış, Azərbaycanı özü kimi islam respublikası etməyə çalışıb, hətta Azərbaycanı İrana birləşdirmək yolunda da addımlara əl atıb. Lakin bütün bunların qarşısı vaxtaşırı alınıb. İran cəsusları həbs edilib və onların Azərbaycanda hansısa aksiya keçirmələrinin qarşısı alınıb.
Biz hər zaman İranla dinc qonşuluq şəraitində yaşamağa çalışmışıq. İran isə fars-molla rejimindən istifadə etməklə özlərinin pozuçuluq işlərini həyata keçiriblər. Biz güman edirik ki, xaricdən idarə olunan fars molla rejimi hakimiyyətdən gedəcək. Düşünürəm ki, bu proseslər yaxın zamanda həyata keçəcək. İran yeni bir dünyəvi dövlət olacaq, Azərbaycanla da sıx qonşuluq şəraitində yaşayacaqlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Elnarə Xəlilova oğulları ilə - (Foto)
-
İstanbulda xəstəxanada yanğın: Xəstələr təxliyə edilir - (Foto)
-
Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu
-
Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb
-
Timoşenko hörüklərini açdı - (Video)
-
Lerikə güclü dolu yağdı - (Video)
-
İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - (Foto)
-
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - deputat açıqladı
-
Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta – (Video)
-
Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı
-
"Çelsi" "Bornmut"u darmadağın etdi
-
Goranboyda qəza - xəsarət alanlar var
-
“Alim Qasımovu oğlumun məclisinə çağırdım gəlmədi“ - Hüseyn Məhəmmədoğlu
-
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil” - Azər Bağırov
-
8 Noyabr prospektində güclü yanğın baş verib - Yenilənib
-
Xoşqədəm Hidayətqızı “Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı
-
Azərbaycan cüdoçularından DÇ-də rekord
-
Kokauri gümüş medal qazandı
-
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
-
Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib - Yenilənib
-
Lətifə bu kanalda aparıcılıq edəcək
-
Vəzifəsindən azad olunan polkovnik Nofəl Əsədova yüksək vəzifə verildi
-
İşdən çıxarıldığı deyilən direktorla bağlı rəsmi açıqlama
-
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - (Foto)





