İran

İranda güclü zəlzələ: Azərbaycan üçün təhlükə var? - VİDEO

30 Yanvar 2023 14:29
Baxış: 1 444

İranın şimal-qərbində baş vermiş zəlzələ Naxçıvanda da hiss olunub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, yeraltı təkanlar Naxçıvanda 5 bala qədər hiss olunub.

Yeraltı təkanlar təxminən 7 saniyə davam etsə də, Muxtar Respublikada heç bir dağıntı və tələfat olmayıb.

Qurban Yetirmişli əlavə edib ki, İranda baş vermiş zəlzələ ocağında təkrar o gücdə təkanın olma ehtimalı yoxdur.

Mərkəzin baş direktoru vurğulayıb ki, İrandan baş vermiş zəlzələnin Azərbaycan üçün heç təhlükəli deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics