Maraqlı

Soğan-sarımsaqdan hazırlanmış məlhəm müasir antibiotiklərdən güclü çıxdı

11 Dekabr 2021 22:45
0 Şərh     Baxış: 1 278
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nottingem Universiteti (Böyük Britaniya) alimləri IX əsrə aid olan təbabət kitabından göz məlhəminin reseptini tapıb və bu məlhəmi hazırlayıblar.

Qədim məlhəmin tərkibinə müəyyən miqdarda soğan, sarımsaq, çaxır və öküz ödü daxil idi.

Saglamolun.az xəbər verir ki, xarici mətbuatın məlumatına görə, alimlər məlhəmi müxtəlif mikroblar üzərində test ediblər. Eksperiment nəticəsində məlum olub ki, bu məlhəm antibiotiklərin təsirinə davamlı olan 90% bakteriyaları məhv edib. Məlhəm hətta ən davamlı bakteriyalardan biri sayılan qızılı stafilokokka qarşı effektli olub.

Məlhəmin antibakterial təsiri alimləri heyran edib.

Alimlərin sözlərinə görə, bir çox digər qədim məlhəmlər mövcuddur ki, onlar da infeksion xəstəliklərinə qarşı çox effektlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory