Niderland kraliçası Maksima ölkəsində violonçel ifaçısı Harriet Krayqın konsertinə açıq-saçıq geyimdə qatılıb. O dərin dekolteli, üzərində çoxlu qızılı haşiyəli və dairəvi kəsiklər olan mavi rəngli maksi uzun paltarda ictimaiyyət qarşısına çıxıb.
Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, kraliçanın görünüşü mediada çoxsaylı müzakirələrə səbəb olub.
Belə ki, bəziləri onun imicinə heyran qalıb. "Həmişə olduğu kimi gözəl!", "Çox maraqlı paltardır", "Gözəl qadın", "Qeyri-adi dizayn", "Maraqlı geyimdir və vulqar deyil", "Həmişəki kimi gözəl", - deyə onu tərifləyiblər.
Eyni zamanda, digər istifadəçilər Maksimanın geyimini tənqid ediblər.
"Uzun müddət ərzində ən pis görüntü!", "Dəhşətli paltardır, o bunu geyinəndə nə düşünürdü?", "Qorxu filmlərinə bənzəyir", "Maksimanın stilistini dəyişdirin", "Çox qorxunc" - deyə istifadəçilər onun geyimindən narazılıqlarını bildiriblər.
Milli.Az