Maraqlı

Hindistan HDQ-yə yeni P-8I dəniz patrul təyyarələri təhvil verilib

30 Oktyabr 2021 20:40
0 Şərh     Baxış: 497
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikanın "Boeing" şirkəti Hindistan Hərbi Dəniz Qüvvələri 11-ci P-8I "Poseidon" dəniz patrul təyyarəsini təhvil verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Patrul təyyarəsi Hindistan Hərbi Dəniz Qüvvələrinin ayrılmaz hissəsidir və 2013-cü ildə xidmətə başladığı vaxtdan etibarən 30.000 uçuş saatını keçib.

Bu, Hindistan Müdafiə Nazirliyinin 2016-cı ildə imzaladığı dörd əlavə təyyarə üçün müqaviləyə əsasən təslim edilən üçüncü təyyarədir.

Hindistan Hərbi Dəniz Qüvvələri P-8-in ilk beynəlxalq müştərisi idi və bu gün ən böyük "Poseidon" parkını idarə edir. Dəniz kəşfiyyatı və sualtı əleyhinə döyüş əməliyyatlarına əlavə olaraq P-8I fəlakətlərin aradan qaldırılması və humanitar missiyalar zamanı kömək etmək üçün nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.