Hamiləliyin testsiz təyin olunması
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Keçmişdə (hamiləlik testləri olmayan vaxtlarda) qadınlar hamiləliyi müxtəlif üsullarla təyin edirdilər. Bunu üçün yod, soda və s. kimi vasitələri istifadə olunurdu.
Qadınlar inanırdı ki, yuxuda balıq görən qadın hamilədir.
Müasir qadın hamiləliyi xüsusi hamiləlik testlərin köməyi ilə təyin edir. Testlər etibarlı vasitə sayılır. Əksər hallarda nəticə düzgün olur. Lakin bəzən bu testlər "aldada" bilər - yanlış düzgün və ya yanlış mənfi nəticə göstərə bilər. Bəzən qadınlarda test bir dəfə müsbət nəticə göstərir, sonra isə mənfi və ya tərsinə, testin üzərində çıxan zolaq daha solğun ola bilər və s. Bütün bunlar qadınlarda şübhə yaradır.
Bu halda qadın hamiləliyi təyin etmək üçün xüsisi qan analizi verə bilər. Belə analiz daha qəqiqdir. Əgər bu mümkün deyilsə, sizə hamiləliyi təyin etmək üçün bəzi üsulları təqdim edirik.
- Qadın öz orqanizminə qarşı diqqətlidirsə, o hamiləliyi hətta test istifadə etmədən təyin edə bilər. Təbii ki, hamiləliyin ən əsas simptomu menstruasiyanın gecikməsidir. Lakin belə gecikmə hormonal pozulmalar, bəzi ginekoloji xəstəliklər zamanı da mümkündür. Hamiləliyin lap əvvəlində qadınların əksəriyyəti özündə soyuqdəyməyə oxşayan simptomlar hiss edir: süstlük, yorğunluq, yuxululuq. Qadın bütün günü uzanmaq, yatmaq istəyir, ev işləri ilə güclə məşğul olur.
Bundan əlavə qadında tezləşmiş sidik ifrazı, nəcis ifrazının dəyişilməsi (ishal və ya qəbizlik) müşahidə oluna bilər.
Qadında həmçinin qarının aşağı hissəsində yüngül ağrılar, uşaqlıq yolundan ifrazatların artması, döşlərin həssaslığının artması və yüngül ağrıması (xüsusilə toxunduqda) kimi simptomlar müşahidə olunur.
Qadının əhval-ruhiyyəsi dəyişkən olur, iştahası arta bilər (qadın birdən-birə şoraba, balıq və s. istəyə bilər).
Nəzərinizə çatdıraq ki, bu simptomlar həmçinin menstruasiya qabağı sindromunun əlaməti ola bilər.
- Bazal (düz bağırsaqda) hərarətinin ölçülməsi hamiləliyi təyin etmək üçün çox dəqiq üsul sayılır. Əgər menstruasiya öz vaxtında başlamayıbsa, bazal hərarəti ölçün. Hamiləlik baş tutmadıqda menstruasiyaya yaxın bazal hərarət 36,6 kimi (və hətta bundan da aşağı) enir. Lakin hamiləlik baş tutubsa, hərarət daim 37 C-dən yuxarı olur. Bir neçə gün ərzində hərarəti ölçün. Əgər hərarət daim 37 C-dən yuxarıdırsa, bu o deməkdir ki, hamiləlik, çox güman ki, baş tutub.
Bazal hərarəti düzgün ölçmək lazımdır. Bu çox vacibdir. Əks halda siz düzgün nəticə ala bilməyəcəksiniz. Bazal hərarəti qadın səhər tezdən yataqdan durmadan ölçməlidir (termometri axşamdan çarpayının yanında qoyun). Termometrin ucu düz bağırsağa daxil edilir və 3 dəqiqədən sonra nəticə qiymətləndirilir. Bu üsul yalnız ginekoloji sağlamlığında pozulmalar plmayan qadınlarda düzgün nəticə verə bilər. Qadında menstrual dövrünün pozulması, cinsiyyət sistemi iltihabları olduqda, bu üsul düz nəticə verməyə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Qazancım yoxdur, geyimimə, layihələrə yatırım edə bilmirəm"
-
Millimiz dünya çempionatında ikinci qələbəsini qazandı
-
Cəfər Əsədova yüksək vəzifə verildi
-
ABŞ-də güclü zəlzələ oldu
-
Şəhid atası vəfat etdi - FOTO
-
Rövşən Muradov vəfat edib
-
“Mən olmasaydım, İsrail mövcud olmazdı”
-
Oğurladığı 10 mini görün nəyə xərclədi - VİDEO
-
Velosiped sürən uşağı maşın vurdu
-
Küveyt onlara 24 saat vaxt verdi
-
Kafedən oğrluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı
-
20 yaşındakı arzusunu 30 il sonra gerçəkləşdirdi
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirlər silsiləsi uğurla davam edir - FOTO
-
Bakıda məşhur siqaret yoxa çıxıb - Satış nöqtələrində tapılmır
-
Azərbaycanlı müğənni saçlarını kəsdi - FOTO
-
Paşinyandan göyərçin şousu - VİDEO
-
PFL-in prezidenti postuna iddialı namizəd
-
Bakılı qadın Rusiyada nazir təyin olundu
-
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir
-
Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib - FOTO
-
ARD Azərbaycana qarşı: alman media təxribatının anatomiyası
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində estrada-caz axşamı keçirilib - FOTO
-
“Retro Dalğası” konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşadıb - FOTO





