Nigar Rüfət: “İşimdən həm zövq alıram, həm də zövq verirəm”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az həkim-kosmetoloq Nigar Rüfətin kaspi.az-a ilə müsahibəni təqdim edir:
- Son vaxtlar Türkiyəyə işgüzar səfərlərinizin təfərrüatı nədən ibarətdir?
- Türkiyədə işlərimi bəyənən pasiyentlərim çoxdur, hər zaman gələ bilmədikləri üçün mən bir neçə aydan bir İstanbulda həm işləməyi həm də master klass verməyi planlaşdırırdım. Artıq bu planlarımın bir hissəsini həyata keçirmişəm. Yaxın gələcəkdə Avropada və başqa ölkələrdə də bu planları reallaşdıracam.
- Azərbaycanda kosmetologiya sahəsində çalışan peşəkarların sayı ürək açandır?
- Bu sahədə çalışan, çalışmaq istəyən şəxslərin sayı hədsiz dərəcədə çoxdur. Lakin bir nüans var ki, hər kəs bu sahədə irəliləyə bilmir. Öyrənsələr də, müxtəlif kurslar keçsələr də hər kəs bu işdə mükəmməl ola bilməz. Əl işi, incəlik, iti göz, zövq bu işdə ən önəmli məqamlardandır. Bunlar olmasa istər tibb elmlər namizədi və ya çox məşhur biri ol, əl işin gözəl deyilsə bu işdə irəliləyə bilməzsən.
- Bəzi xanımlar bəzi prosedurlardan sonra uğursuz nəticədən gileylənir və bunu ictimailəşdirir ki, digərləri ehtiyatlı olsun. Bu daha çox həkimin qeyri-peşəkarlığıdır, yoxsa, preparat keyfiyyət göstəricisinə uyğun deyil?
- Uğursuz nəticə hər bir həkimin əlindən çıxa bilər. Lakin bu bir həkimdə dəfələrlə təkrar baş verirsə ya həkimin qeyri-peşəkar olmasından, ya da istifadə etdiyi preparatların keyfiyyətsizliyindən irəli gəlir. Peşəkar və vicdanlı həkim hər zaman istifadə etdiyi preparatları da vicdanla seçməli, yalnız özünə tətbiq edə biləcəyi vasitələri öz pasiyentlərinə da rəva bilməlidir.
- Deyilənə görə, bəzi süni prosedurlar gələcəkdə fəsadlar yarada bilir. Xanımlar nədə ehtiyatlı olmalıdırlar?
- Süni dolğu - xanımların ən yaralı yeridir. Süni dolğu etdirən hər bir xanım onun fəsadları ilə qarşı qarşıya durur. Süni - sintetik gellərin tətbiqindən sonra bəzən 1 ay, bəzən 1 il, bəzən də 5 il sonra fibrozlaşma əmələ gəlir (gelin kapsul şəklində toparlanması, bərkiməsi) Bundan xilas olmaq üçün fibroz toxumaları cərrahi yolla çıxartmaq lazım olur. Lakin cərrahi yolla da tam çıxarmaq mümkün olmur.
- Kosmetoloji müdaxilədən sonra bir-birinə bənzəyən xanımlar var. Bu, onların uğursuz istəyidir ki, kiməsə bənzəsinlər, yaxud kosmetoloq üzdəki fərdiliyə vara bilmir?
- Bəzən xanımlar kiməsə bənzəmək üçün prosedurlar edirlər, özlərinə ideal birini seçib hər cizgisinin ona oxşamasını istəyirlər. Lakin hər xanımın üzünə yaraşacaq forma və cizgilər var. Pasiyentlərə daim onlara yaraşacaq prosedurları təklif edirik. Təbii ki, iri dodaq, balaca burun, çəkik göz, kəskin oval, gözəçarpan yanaqlar hər kəsə həddən artıq dozda edilərsə hər kəs bir-birinə bənzəməyə başlayar. Ona görə də, həddi aşmadan, minimal dolğu ilə öz üzünüzün gözəlliyini önə çəkmək varkən, sizi süni göstərəcək yüksək dozda edilən prosedurlardan qaçmaq lazımdır.
- Azərbaycan yaxın dost Türkiyə və digər ölkələrlə müqayisədə kosmetologiya sahəsində nə dərəcədə irəliləyə bilib?
- Sizə deyim ki, məhz kosmetologiya digər ölkələrə nisbətən Azərbaycanda daha çox inkişaf edib. Bu da bizim xanımların baxımlı olmasından, daha tez-tez kosmetoloqlara müraciət etməsindən irəli gəlir. Yəni həkimlərimizin praktikası daha çox olduğu üçün, prosedurları da daha peşəkarcasına edirlər fikrimcə. Məncə bizim kosmetoloqlar bir çox ölkələrin kosmetoloqlarından daha gözəl iş çıxarırlar.
- Məşhurların çoxu demək olar ki, sizin qapınızı döyür. İşlətdiyiniz məhsullar da, bildiyimizə görə, ən bahalı və keyfiyyətlisidir. Pasiyentlərinizin hər birini məmnun edə bilirsiniz?
- Məşhurların işimi bəyənib, özlərini mənə etibar etməsi təbii ki, mənim üçün sevindirici haldır. Mən hər biri ilə işləməkdən zövq alıram. Çünki işlərimi daha çox kütlə real şəkildə görür və işimə daha çox bələd olurlar. Məmnun etmə mövzusuna gəldikdə isə, aralarında hələ ki işimdən narazı qalan olmayıb. Çox şükür hər biri uğurlu alınıb. İşlətdiyimiz məhsulları daim izləyicilər və pasiyentlərlə bölüşürük. Artıq onlar bizə çox etibar etdikləri üçün, preparat seçimini bizim ixtiyarımıza buraxırlar. İşimdən həm zövq alıram həm zövq verirəm.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
93 yaşlı məşhur aktrisanın cavanlıq sirri - FOTO
-
Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
-
Bənövşəyi velvet tortunun hazırlanması
-
Keyfiyyətli kərə yağı necə seçilir?
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB





