Maraqlı

Gözün ucu ilə naməhrəmə baxmaq - şeytanın tələsindəndir

16 Oktyabr 2021 19:40
0 Şərh     Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu müasir dövrdə namərhəmlə məhrəm sərhədlərinə çox vaxt diqqət edilmir və hər küçə və parkda əl-ələ tutub yeriyən cavanları görmək olur. Bu mənzərəni görən hər bir insanda belə bir sual yaranır ki, bunlar evlilik üçün hələ cavandırlar, bəs bacı və qardaş kimi də görünmürlər, onda bu, nədir?

Bu cavanlara heç bir dillə səhv etdilərini başa salmaq mümkün deyildir. Çünki onlar bu rabitəni düzgün hesab edir və qəbul edirlər.

Bəs Həzrət Peyğəmbər (s) bu cür rabitələrə necə münasibət nümayiş etdirirdi? Bunu qeyd etmək lazımdır ki, cavanların naməhrəm və məhrəm sərhədlərini qorumaması iffətsizliyin artmasına səbəb olur. O zaman ki, bir cavan görür ki, başqa br cavan rahat şəkildə küçədə naməhrəmlə əl-ələ tutub yeriyir, ya qız görür ki, özü kimisi bu işi rahat şəkildə görə bilir, öz-özünə düşünür ki, deməli, bu iş üçün heç bir maneə yoxdur. Əlbəttə, bundan cavanlarımızın lazımlı qədər biliyə və agahlığa malik olmamaqları da təsirlidir. Başqa bir tərəfdən isə şeytanın vəsvəsəsi bir çox cavanları bu yola təşviq edir.

Həzrət Peyğəmbər (s) buyurur: "Naməhrəm qadınlarla kişilərin arasında ayrılıq icad edin. (Bir-biri ilə təmas qurmasınlar). Çünki o zaman ki, onlar üz-üzə qərar tuturlar, bir-birinə gedib-gəlirlər, cəmiyyət elə bir dərdə düçar olur ki, müalicə olunmaz".

Həzrət (s) başqa yerdə buyurur: "Qadınla xəlvət etməkdən çəkinin. Canım əlində olan Allaha and olsun ki, o zaman ki, qadınla kişi xəlvət edər, şeytan daxil olar. Çirkə bulaşmış bir donuzun insana dəyməsi bir qadının çiyninə naməhrəm kişinin dəyməsindən daha yaxşıdır".

Həzrət Peyğəmbər (s) buyurur: "Bir iynənin sürətlə sizin başınıza yuxarıdan enməyi naməhrəm qadına toxunmaqdan daha yaxşıdır".

Həzrət (s) naməhrəm qadınla zarafat etmək haqqında buyurur: "Hər kim naməhrəm qadınla zarafat edər, ona dediyi hər kəlməyə görə onu cəhənnəm atəşində min il həbs edərlər".

Həzrət Peyğəmbər (s) naməhrəm qadına əl vermək haqqında buyurmuşdur: "Hər kim naməhrəm qadına əl verər, Qiyamət günü əlləri boynuna zəncirlənmiş halda məşhur olar. Sonra əmr olunar ki, onu atəşə aparsınlar".

İmam Əli (ə) buyurur: "Ey Allah bəndələri! Kişilərin naməhrəm qadınlarla söhbət etməsi bəla və bədbəxtliyin nazil olmasına səbəb olar. Ürəyi yoldan çıxardar. Davamlı olaraq qadına göz tikmək - ürəyin göz nurunu söndürər. Həmçinin gözün ucu ilə naməhrəmə baxmaq - şeytanın hiylə və tələsindəndir".

Həzrət Peyğəmbər (s) buyurur: "Naməhrəm qadınla söhbət etməkdən çəkinin. Elə bir kişi yoxdur ki, xəlvətdə naməhrəm qadınla söhbət etsin və ürəyində rəğbət əmələ gəlməsin".

Məsumların (ə) bu xəbərdarlıqlarını məsuliyyətlə və naməhrəmlə dinin bəyənmədiyi rabitələri qurmaqdan çəkinək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.