Maraqlı

İldırım vuran təyyarədə qorxu dolu anlar - VİDEO

28 Sentyabr 2021 17:12
0 Şərh     Baxış: 1 950
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Azur Air" aivaşirkətinin Yekaterinburq-Soçi reysi ilə hərəkət edən təyyarəsini ildırım vurub. 

Məlumata görə, hadisə əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarə Krasnodarda fövqəladə enişə hazırlaşarkən baş verib. Təyyarə ikinci dövrəyə keçəndə onu ildırım vurub. Nəticədə hava gəmisi sürətlə enməyə başlayıb, əşyalar salonda uçuşub, insanlar artıq qəza anının yaxınlaşdığını düşünüblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə həmin qorxulu anlarla bağlı kadrlar paylaşılıb.

Lakin hər şey ötüşüb: təyyarə təzədən sürət yığıb və uğurlu eniş edə bilib.

Hadisə nəticəsində heç kim zərər çəkməyib. 175 sərnişin Soçiyə avtobusla yola salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.