Maraqlı

“Mövlana” sözünün mənası nədir və Mövlana kimdir?

25 Sentyabr 2021 23:10
1 Şərh     Baxış: 4 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ərəb dilində "mövla" sözünün bir neçə mənası vardır ki, bunların içində ən geniş yayılanı "başçı, ağa, rəhbər" mənasıdır. Qədir-Xüm günündə də Həzrət Mühəmməd Peyğəmbər (s) İmam Əlinin (ə) barəsində "mövla" sözünü məhz bu mənada işlətmişdi. Sözün sonuna əlavə edilən "na" şəkilçisi "bizim" mənasını verir. Yəni "mövlana" - "bizim ağamız, rəhbərimiz" deməkdir. İslam tarixi boyunca bəzi şəxslərə ehtiram əlaməti olaraq onları "mövlana" adlandırmışlar. Xüsusilə, Hindistanda və Şimali Afrikada yaşamış müsəlman alimlərinə "mövlana" deyə müraciət etmək ənənə şəklini almışdı. Azərbaycan ədəbiyyatında da dahi şair Füzulini bəzən "mövlana Füzuli" adlandırırlar. Lakin bu ləqəb, konkret ad göstərilmədiyi halda XIII əsrdə yaşamış məşhur təsəvvüf xadimi və şair Cəlaləddin Rumiyə aid edilir. Mənbələrdə onu "Mövlana Rumi" və qısa şəkildə "Mövlana" kimi xatırlayırlar. Sələfi əqidəli bəzi alimlər Allahdan və peyğəmbərdən başqasını "mövlana" adlandırmağı günah sayırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.