Qurani-Kərim xurafatla mübarizə yolları barədə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xurafat - cəmiyyətin inkişaf etməyinin qarşısını alar. Bəzi insanların sadəlövh və tez inanan olması bu iş üçün şərait yaradar.
Qədimdə insanların xurafata inanmasının əsl səbəbi - cahillik və nadanlıq idi. Xurafatların dini inancla zahirən sıx rabitəsi vardır. Xurafat sözünün mənası bütün insanlara aydındır. Şər və xeyir sözlərinin mənası kimi. Bəzi insanlar üçün xurafat sözü təhqir mənasını verir.
Xurafat - xurafi sözünün cəmidir və yersiz, batil əfsanə sözlərinə aid edilir. Qədimdə həqiqəti olmayan hekayələrə xurafat deyirdilər. Bu söz o zamandan istifadə olunur ki, Əzrəh qəbiləsindən olan ərəblərdən biri pərilər haqqında danışardı və hamı onu yalançı adlandırardı. Deyərdilər ki, o, xurafatı nəql edir. Ərəblərdə xurafat - batil xəbərə deyilir.
Başqa bir yerdə oxuyuruq ki, xurafat bir kişinin adı olmuşdur ki, söylədiyi yalançı hədislərə görə ona belə ad qoymuşdular. Ona görə də əsası olmayan hədislərə xurafi hədislər deyilir.
Əllamə Təbatəbai bu haqda yazır: "O şeyin ki, xeyir və şər olduğuna etiqadımız yoxdur, nadanlıq və cəhalət üzərindən olar - xurafidir".
Ona görə də xurafi insan o kəsdir ki, hər cür batil əqidəyə və ya dini əmələ malikdir.
Qurani-Kərim daima xurafatla mübarizə aparmış və müsəlmanları da bu işə dəvət etmişdir. Quran sehrlə, kəhanətlə, cin vurmaqla, ailə hüzurunu bir-birinə vurmaqla daima mübarizə aparmışdır. "(Yəhudilər) Süleymanın zamanında şeytanların (özlərinin tərtib etdikləri cadu kitabından) oxuduqlarına tabe oldular. Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə - Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular". ("Bəqərə" 102).
Xurafatla mübarizə etməyin yolunu Quran Allaha pərətişdə və Məsumlara (ə) itaətdə görür. "Kitabın müəllimləri olduğunuz və onu yaxşıca öyrənərək oxuduğunuz üçün Allahpərəst, dinin tərbiyə etdiyi və din alimləri olun". ("Ali-İmran" 79).
Allah Təala Peyğəmbərə (s) xurafi insanlarla bağlı buyurur: "Və bu (din və İslam şəriəti), siz (peyğəmbərlərin və nəsilləri kəsilənədək sizin ümmətləriniz)in yeganə din və şəriət olan din və şəriətinizdir. (Çünki o, bütün şəriətləri özündə toplamış qüdrətli bir dindir ki, üsulid-din və füruid-dindən təşkil olunmuşdur. Şəriətlər arasındakı fərqlər və onların sayının çoxluğu bəzi hökmlər baxımındandır). Və Mən sizin Rəbbinizəm. Buna görə də Məndən qorxun! Beləliklə onlar (ümmətlər kitab və şəriətin nazil olmasının lap əvvəlindən bütün əsrlərdə öz alimlərinə tabe olub din) işlərini öz aralarında parçalayaraq firqə və dəstələrə bölündülər. Hər bir firqə əlində olana sevinir. Buna görə də onları bir müddətədək (ölənə kimi) öz qəflət və keflilik burulğanında (vücudlarını bürümüş əqidə və əməl azğınlığı dəryasında) boşla". ("Muminun" 52-54).
İslam Peyğəmbəri (s) İslam maarifi vasitəsilə xurafat zəncirini qırır və müsəlmanları iman, ağıl, məntiq kimi silahlarla təchiz edir. İslam dini insanların ayaqlarına bağlanmış xurafat zəncirlərini açdı.
Əmirəl-möminin (ə) ordusu ilə bir yerdə Nəhrivana tərəf hərəkət edirdi. Anidən səhabələrdən biri gəlir və özü ilə bir kişi gətirib deyir: "Ya Əmirəl-möminin! Bu kişi münəccimdir, sizə deməyə sözü vardır". Həmin şəxs deyir: "Ya Əmirəl-möminin! Bu saatda hərəkət etməyin, bir qədər səbir edin. Qoyun iki-üç saat keçsin, sonra hərəkət edin". Həzrət Əli (ə) buyurdu: "Niyə?". Həmin şəxs dedi: "Çünki ulduzlar deyir ki, hər kim bu saatda hərəkət edər, düşmənə məğlub olar. Ona və dostlarına ziyan dəyər. Ancaq əgər mən deyən saatda hərəkət etsəniz, zəfər çalarsınız". Bu sözlərdən sonra İmam (ə) ondan soruşur: "Mənim bu atım hamilədir. Və deyə bilərsənmi ki, övladı dişidir, yoxsa erkək?", Münəccim deyir: "Əgər əyləşib hesablasam, bacararam". Həzrət Əli (ə) buyurdu: "Yalan deyirsən. Allahın Rəsulu Muhəmməd (s) sənin etdiyin iddianı etmirdi. Sən iddia edirsən ki, aləmdə olanlara agahsan. Bilirsən ki, hansı saat şər və hansı xeyirdir. Hər kim sənin bu dediklərinə etimad edər, Allaha ehtiyac duymaz. Məbada bu cür şeylərin ardınca olasan. Bunlar kəhanət və qeybdən xəbər verməkdir. Kahin - kafirlə eyni sıradadır və kafir atəşdədir". Sonra üzünü səmaya tutub Allaha təvəkkül edərək, dua dedi. Sonra üzünü həmin şəxsə çevirib buyurdu: "Mən sənin dediyinin əksinə əməl edəcəyəm və dayanmadan indi hərəkət edirik". Nəhrivan döyüşü İmamın (ə) xeyirinə sona çatdı.
Doktor Behişti deyir: "Əgər İslamın irəli getməsini istəyirsən, xurafatı dindən ayırın. Xurafat dinin kökünü qurudar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Təsadüfən əsas heyətə düşdü - DÇ-nin taleyini dəyişdi
-
Quterreşdən süni intellektlə bağlı xəbərdarlıq
-
“Seltik” onun üçün “Qarabağ”a 12 milyon ödəyəcək
-
Lukaku unikal rekorda imza atdı
-
Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" - (Video)
-
Hacı Surxayın Rafael Fiziyevə hədiyyəsi diqqət çəkdi - (Video)
XƏBƏR LENTİ
-
Təsadüfən əsas heyətə düşdü - DÇ-nin taleyini dəyişdi
-
Aktyor Elxan Yunusn oğlu əsgər getdi
-
Yeddi ölkədən istedadları bir araya gətirəcək Beynəlxalq Çoxjanrlı İncəsənət Müsabiqəsi keçiriləcək
-
Rutte: "250 milyard dollar var, amma xərcləyə bilmirik"
-
Sosial şəbəkədə satılan "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlanıb
-
Shahin Novrasli Festival Bakı musiqisevərlərini Eric Jacot Band konserti ilə sevindirdi – FOTO
-
Quterreşdən süni intellektlə bağlı xəbərdarlıq
-
“Seltik” onun üçün “Qarabağ”a 12 milyon ödəyəcək
-
Ülvi Ağayev müdir təyin olundu - (Foto)
-
"Türkiyəyə qarşı sanksiyalar ləğv ediləcək"
-
Oğuzda buğda yüklü avtomobil yanıb (Video)
-
Lukaku unikal rekorda imza atdı
-
AZAL Qarsa birbaşa uçuşlara başlayır
-
Özbək qadın Bakıda həbs olundu - yarım milyonluq dələduzluq edib
-
"Sabah" oyunçularına böyük miqdarda pul vəd etdi
-
Türkiyədə çay yatağından 2 gəncin meyiti çıxarıldı
-
Xanəndənin atası qəzada öldü
-
İcra başçısı özünə birinci müavin təyin etdi - (Foto)
-
Deputat: Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var
-
Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" - (Video)
-
Hacı Surxayın Rafael Fiziyevə hədiyyəsi diqqət çəkdi - (Video)
-
Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - Yaşasaydı, 51 yaşı olacaqdı - (Video)
-
Türkiyədə məhkəmə qayınananın evini gəlinə verdi - (Video)
-
Rusiyadan Gəncəyə uzanan cinayət işi: 13 ildir axtarılan qatil hakim qarşısında





