Maraqlı

“Android” cihazlarını mimika ilə idarə etmək mümkün olacaq

28 Avqust 2021 21:40
0 Şərh     Baxış: 1 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Google şirkəti "Android 12" əməliyyat sisteminə cihazları baş mimikası ilə idarə etməyə imkan verən "Camera Switch" funksiyasını əlavə edib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yeni funksiya yalnız "Android 12"nin dördüncü bet-versiyasında mövcuddur. "Play Market"dən onu hələ ki, yükləmək mümkün deyil.

Məlumata görə, "Camera Switch" gülmək, qaşları qaldırmaq və üzün sair ifadələrinə uyğun olaraq müxtəlif hərəkətləri təyin etməyə imkan verəcək. Onun vasitəsilə əsas ekrana keçmək, hər hansı tətbiqi açmaq, sürətli ayarlara və bildirişlərə baxmaq mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.