Maraqlı

Bu ölkədə də yeniyetmələr vaksinasiya olunacaq

12 Avqust 2021 21:20
0 Şərh     Baxış: 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliyanın Səhiyyə Nazirliyi, 12-15 yaş arası yeniyetmələrin COVID-19 peyvəndi vurdurmalarını tövsiyə edib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu addım virusun yayılmasının qarşısını almaq, eləcə də gənclərin sağlamlığını təmin etmək məqsədi daşıyır.
"ABŞ və Avropa Birliyində peyvənd olunmuş 15 milyondan çox yeniyetməni" nəzərə alaraq "son günlərdə əldə edilən yeni məlumatları" təhlil etdikdən sonra sözügedən qərarın verildiyi bildirilib.

"Dərs ilinin əvvəlinə qədər iki dozalı peyvəndin qəbul edilməsini təmin etmək üçün hər şey var. Peyvəndlər alınıb, logistika qurulub və iş qrafiki sistemləşdirilib...", - deyə nazirlik "Twitter"də məlumat yayıb.

Qeyd edilib ki, hazırda ölkə əhalisinin 60,9 faizindən çoxu tam vaksin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.