Maraqlı

İsraildə qarnında digər əkizi olan qız doğuldu

5 Avqust 2021 20:15
0 Şərh     Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tibdə belə nadir hadisə yarım milyon doğuşdan bir olur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, İsraildə həkimlər hamilə qadının USM müayinəsində bətndə olan körpənin qarnının anormal böyüdüyünü görmüşdülər.
Uşaq doğulduqdan sonra həkimlər onun qarnını palpasiya edərək, körpənin qarnında nəsə tərpəndiyini hiss edirlər.
USM və rentgen göstərib ki, qarın boşluğunda bir inkişaf etməmiş embrion da var.

Təcili əməliyyatla qızın qarnında qismən inkişaf etmiş əkiz tay embrion xaric edilir.

Uğurlu əməliyyatdan sonra ana və körpə evə buraxılıb.

Tibdə buna fetus in fetu - döl içində döl sindromu deyilir. Bu fenomenin dəqiq izahı hələ yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.