Maraqlı

Adel qayıdır: 6 ildən sonra...

21 İyun 2021 22:35
Baxış: 1 136
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur müğənni Adel 6 illik susqunluğunu pozmağa qərar verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ifalarına həsrət qaldığımız məşhur sənətçi bu müddətdə həm arıqlaması ilə, həm də boşanma xəbərləri ilə gündəmdə qaldı. Köklükdən əziyyət çəkən artistin arıqladıqdan sonra görüntüləri də mətbuatda çox danışıldı. Ulduza yaxın mənbələrə görə, həyatını nizama salan Adel artıq yeni yaradıcılıq işlərinə start verib. İddialara görə, aylardır studiyadan çıxmır, yeni albomu üzərində çalışır.

Ən maraqlısı odur ki, əvvəlki kompozisiyalarında şəxsi həyatına dair mövzulara toxunan sənətçi 2019-cu ildə boşandığı həyat yoldaşı Simon Konekdən ilham alıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.