Ən populyar “iPhone” açıqlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"iPhone 11" modelinin əsas versiyası "Apple" şirkətinin dünyada ən populyar smartfonu olub. Bu barədə müvafiq məlumatlar "Counterpoint Research" tədqiqat şirkətinin saytında dərc edilib.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "iPhone" smartfonlarının populyarlığının qiymətləndirilməsi üçün ekspertlər tədarük və ya satış həcmini deyil, qurğuların quraşdırılmış baza məlumatlarını əsas götürüblər. Mütəxəssislərin sözlərinə görə, bu informasiya dövriyyədə olan qurğular haqqında faktiki sayı bildirir. 2021-ci ilin birinci rübünə olan vəziyyətə görə, "iPhone 11" modeli "Apple" şirkətinin ən populyar smartfonu seçilib. İkinci və üçüncü pillələrdə müvafiq olaraq "iPhone XR" və "iPhone 8" qərarlaşıb. İlk beşliyi ötən payızda təqdim edilən "iPhone 7" tamamlayıb.
Şirkət, həmçinin "Apple" smartfonlarının məhsul seriyasına olan tələbatı müəyyənləşdirib. İlin birinci rübünə olan məlumata görə, 25 faizlik paya sahib çıxan "iPhone 11" seriyası liderdir. İkinci mövqedə 16 faiz payla "iPhone 12" seriyası yer alıb. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin birinci rübündə o zaman aktual olan "iPhone 11" seriyasının payı 15 faiz, "iPhone Xs/XR" seriyasının isə 21 faiz təşkil edib. Analitiklər qeyd edib ki, aktual seriyalı qurğular "iPhone 12" smartfonlarının buraxılışının bir ay gecikməsinə baxmayaraq "iPhone 11" seriyalı modellərdən daha yaxşı satılır.
Statistika qabaqcıl modellərin (adda "Pro" və ya "Max" postfiksli) və qurğuların əsas versiyalarının (iPhone 11, 12 və 12 mini) nisbətini nümayiş etdirib. Məlum olub ki, 2020-ci ilin əvvəlində bahalı modellərin payı 44 faiz olduğu halda bir il sonra qabaqcıl qurğuların payı artıb. Belə ki, "iPhone 12 Pro" və "12 Pro Max" smartfonlarının payı 54 faiz təşkil edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
XƏBƏR LENTİ
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)





