Maraqlı

Samsung 71 mükafat qazanıb

27 Aprel 2021 07:41
Baxış: 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirkətlərin məhsullarının dizaynlarının hər il qiymətləndirildiyi "iF Design Awards"ın bu ilki qalibləri məlum olub. Samsung ümumilikdə 71 mükafat qazanıb. Şirkətin 71 mükafatından ikisi qızıl mükafatdır.

Şirkətlərin hər il öz sahələrində təqdim etdikləri dizaynların qiymətləndirildiyi və ən yaxşı dizaynların açıqlandığı bu ilki "iF Design Awards"ın qalibləri məlum olub. Bu il müsabiqəyə edilən müraciətlərin sayı, son illərdəki müraciətlərin sayını keçərək 10.000-ə çatıb. "iF Design Awards 2021"də iz qoyan adlardan biri də Samsung Electronics olub.

Cənubi Koreya texnologiya nəhəngi, "iF Design Awards 2021"də ümumilikdə 71 mükafat aldığını açıqlayıb. Şirkət 36 mükafat aldı, bunlardan 2-si "Məhsul Dizaynı" kateqoriyasında, 10-u "Professional Konsepsiya" kateqoriyasında, 11-i "Rabitə dizaynı" kateqoriyasında, 5-i "Qablaşdırma dizaynı" kateqoriyasında Qızıl Mükafatlar və "İstifadəçi Təcrübəsi", "İstifadəçi İnterfeysi" və "Xidmət Dizaynı". Kategoriyalarda ümumilikdə 9 mükafat qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.