Hyundai Santa Cruz pikapını nümayiş etdirib - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hyundai şirkəti amerikan pikap seqmentinə daxil olmağa qərar verib. Qeyd etmək gərəkdir ki, istehsalçı bu bazarı 2015-ci ildən başlayaraq öyrənməyə çalışıb. Bununla birlikdə, koreyalılar tam ölçülü və hətta orta ölçülü pikapların ənənəvi istehsalçıları ilə mübarizə aparmaq fikrindən uzaq olublar. Bunun əvəzinə, Hyundai şirkəti Sport Adventure Vehicle seqmentini icad edib və yeni nəsil Tucson krossoverinə əsaslanan Santa Cruz pikapını buraxıb.
Yeni Santa Cruz modeli kuzovun aparıcı konstruksiyasına, köndələn yerləşən mühərrikə və alternativsiz dördqapılı ikicərgəli kabinə sahibdir. Santa Cruz pikapının uzunluğu 4971 millimetr, eni - 1905 millimetr, hündürlüyü isə 1694 millimetrdir. Müqayisə üçün, ABŞ-da ən yığcam pikap sayılan Honda Ridgeline modelinin qabarit uzunluğu 5334 millimetrdir. Güman edirik ki, Santa Cruz modelini Toyota Tacoma (5390 millimetr) və Chevrolet Colorado (5403 millimetr) kimi ramalı pikaplarla müqayisə etməyin heç bir mənası yoxdur. Bir sözlə, Hyundai pikapının ABŞ bazarında birbaşa rəqibi yoxdur.
Eyni zamanda, Santa Cruz pikapının yükgötürmə qabiliyyətlərinə də ümid etmək yersizdir, çünki krossover şassisinin arxa tərəfində güclü olmayan çoxqollu asqı quraşdırılır. Yük platformasının uzunluğu cəmi 1323 millimetrdir, yəni bu platformaya adi bir velosiped belə ona sığmayacaqdır: onun daşınması üçün, arxa qapının üzərində təkərlərin birinin bağlanacağı xüsusi bərkitmə nəzərdə tutulub. Bununla yanaşı, Honda pikapında olduğu kimi, kuzovun arxa çıxışında kip bağlanan qapağı olan ayrıca baqaj bölməsi var.
Santa Cruz kuzovunun orta dayağa qədər olan hissəsi Hyundai Tucson krossoveri ilə demək olar ki, eynidır. Radiator barmaqlığına quraşdırılmış gündüz hərəkət işıqları olan ön tərəfin dizaynı da bənzərdir, lakin barmaqlığın özü və fənərlər olan ön bamper tamamilə fərqlidir. Pikapın təkər tağları krossoverdəkindən fərqli olaraq "düzbucaqlı" formaya deyil, düzgün yuvarlaq formaya malikdirlər. Pikapın təkər bazası 3005 millimetrdir. Krossoverdə bu göstərici 2755 millimetr təşkil edir. Santa Cruz modelini 18 və ya 20 düymlük təkər diskləri ilə təchiz etmək olar.
Hər iki modelin salonu demək olar ki, eynidir. Pikap ilə krossoverin arasındakı ən nəzərəçarpan fərq avtomatik transmissiyanın ənənəvi dəstəyidir. Adi cihazların əvəzinə 10,25 düymlük günəşliksiz ekranı olan virtual cihazlar paneli quraşdırılır. Mərkəzi konsol fiziki düymələrdən məhrum edilib: media sisteminin iri 10,25-düymlük sensorlu ekranının altında klimat-kontrolun sensorlu bloku yerləşir.
Pikapın arxa cərgəsindəki məkan krossoverdə olduğundan daha azdır, lakin onun yastığının altında kiçik əşyalar üçün nəzərdə tutulan plastik "vanna" yerləşdirilib. Santa Cruz modelinin opsiyaları arasında "dəri" salon, ön oturacaqların elektrik ötürməsi və havalandırması, lyuk, məsafədən mühərrik işə salma sistemi, dairəvi görüntü kameraları və adaptiv kruiz-kontrol var. Avtomatik əyləcləmə sistemi isə standart təchizata daxildir.
Pikapın mühərrik çeşidinə iki dördsilindrli aqreqat daxil edilib. Pikapın əsas güc aqreqatı ABŞ-da Tucson modelinə quraşdırılan 193 at qüvvəli 2.5 GDI atmosfer mühərrikidir. Bu mühərrik klassik səkkiz pilləli "avtomat" ilə birlikdə işləyir. Santa Cruz modelinin bahalı versiyaları 280 at qüvvəli 2,5 T-GDI turbomühərriki və iki muftalı səkkiz pilləli "robot" ilə təchiz edilirlər. Bütün pikaplar HTRAC tam ötürmə sisteminə malikdirlər.
Santa Cruz pikaplarının istehsalına bu yay Hyundai şirkətinin ABŞ-ın Alabama ştatındakı zavodunda başlanacaqdır. Xatırladaq ki, hazırda bu zavodda Santa Fe və Tucson krossoverləri, eləcə də Sonata və Elantra sedanları buraxılır. Pikapların buraxılması üçün zavodda əlavə 1200 iş yeri yaradılacaqdır. Santa Cruz modelinin əsas (və bəlkə də yeganə) bazarı Şimali Amerika olacaqdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
İstanbul su altında qaldı - (Video)
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
XƏBƏR LENTİ
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir - (Video)
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
-
Qızıl ucuzlaşdı
-
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
-
Rusiya ordusunun itkiləri açıqlandı
-
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
-
Almatıda zəlzələ oldu
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)





