Maraqlı

Yazın mavi köynək dəbi - FOTO

19 Aprel 2021 21:20
Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boş və rahat kəsim, standart uzunluq və səma çalarları baza geyimlərinin təməlidir. Odur ki, bu gün müasir qadın qarderobunu açıq mavi uzunqollu köynəksiz təsəvvür etmək çətindir.

Milli.Az xəbər verir ki, açıq mavi köynəklər yaz trendləri arasında xüsusi diqqətə layiqdir. Əvvəllər mavi köynək yalnız ofis geyimi sayılırdı, bu günsə onlarla fərqli obrazların yaradılmasında iştirak edir. Onu həm ofis, həm idman, həm də çimərlik geyimləri ilə uyğunlaşdıra bilərsiniz. Universal tonu onu istənilən rənglərlə sintez etməyə imkan verir. Lakin mavinin bütün çalarlarının ən mükəmməl uyğunluğu parlaq qırmızı, zoğalı və qəhvəyi ilə vəhdətindən əldə edilir. Unutmayın ki, bu, istifadə müddəti olmayan bir geyimdir, heç vaxt dəbdən düşməyəcək və hər vəziyyətdə işinizə yarayacaq.

Mavi köynəyin əsas pərəstişkarlarından biri Yulia Pelipasdır. Ukraynalı stilist onu vodolazka, jilet və kostyumlarla birləşdirir.

Bloger Leandra Medine də əla ideyalar nümayiş etdirir, onu ipək üst, pijama şalvar və yumşaq qum rəngli mokasenlərlə geyinir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.