Ramazan ayının gündəlik müstəhəb əməlləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ramazan ayının bir çox müstəhəb (savabı çox olan, amma vacib olmayan) əməlləri var ki, onların da bəzilərini bu məqalədə dəyərli oxucularımızın nəzərinə çatdırırıq.
Məlum olduğu kimi (bu barədə saytımızda dərc olunan digər məqaləmizdə məlumat vermişik), Ramazan günlərinin hər birinin ayrıca duaları var. Amma bunlarla yanaşı aşağıda diqqətinizə təqdim etdiyimiz duanı hər gün oxumaq da böyük savabdır:
"Bismillahir-Rəhmanir-Rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntərrəbbul-əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs-səmiul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələşşuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru Rəməzan. Əlləzi ənzəltə fihil-Quran. Hudəl-linnasi və bəyyinati minəl-huda vəl-furqan. Və cəəltə fihi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəyazəl-mənni və la yumənnu ələyk. Munnə ələyyə bifəkaki rəqəbəti minən-nar. Fimən təmunnu ələyh. Və ədxilnil-cənnəh. Birəhmətikə ya ərhəmər-rahimin".
Tərcüməsi:
Bağışlayan və mehriban Allahın adı ilə! Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sən böyük Allahsan. Elə Allah ki, Ona bənzəri yoxdur. O, eşidən və görəndir. Bu Ramazan ayı Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli və üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. O, Sənin insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran, doğru yola yönəldən aydın dəlilləri nazil etdiyin Ramazan ayıdır. O Ramazan ayında qədr gecəsini qərar verib, onu min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət qoyulmaz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy. Məni cənnətə daxil et, ey mərhəmətlilərin ən mərhəmətlisi!
Elektron poçtumuza daxil olan məktublarda izləyicilərimiz Ramazan ayının müstəhəb namazları haqqında suallar verirlər.
Buna cavab olaraq aşağıda gündəlik müstəhəb namazları təqdim edirik.
1-ci gün: 4 rükət =1 Həmd, 15 İxlas (hər rükətdə)
2-ci gün: 4 rükət =1 Həmd, 20 Qədr (hər rükətdə)
3-cü gün: 10 rükət =1 Həmd, 50 İxlas (hər rükətdə)
4-cü gün: 8 rükət =1 Həmd, 20 Qədr (hər rükətdə)
5-ci gün: 2 rükət =1 Həmd, 50 İxlas (hər rükətdə).
6-cı gün: 4 rükət =1 Həmd, 1 Mülk (hər rükətdə)
7-ci gün: 4 rükət =1 Həmd, 13 Qədr (hər rükətdə)
8-ci gün: 2 rükət =1 Həmd, 10 İxlas (hər rükətdə) və namazdan sonra 1000 dəfə "Sübhanəllah".
9-cu gün: 6 rükət (Şam və Xiftən namazlarından sonra) =1 Həmd, 7 Ayətəl-kürsi (hər rükətdə) və namazdan sonra 50 salavat.
10-cu gün: 20 rükət =1 Həmd, 30 İxlas (hər rükətdə)
11-ci gün: 2 rükət = 1 Həmd, 20 Kövsər (hər rükətdə)
12-ci gün: 8 rükət =1 Həmd, 30 Qədr (hər rükətdə)
13-cü gün: 4 rükət =1 Həmd, 25 İxlas (hər rükətdə)
14-cü gün: 6 rükət =1 Həmd, 30 Zəlzələ (hər rükətdə)
15-ci gün: 4 rükət =1 Həmd, 100 İxlas (birinci rükətdə), 1 Həmd, 50 İxlas (ikinci rükətdə)
16-cı gün: 12 rükət =1 Həmd, 12 Təkasur (hər rükətdə)
17-ci gün: 2 rükət =1 Həmd, 1 İxlas (birinci rükətdə), 1 Həmd, 100 İxlas (ikinci rükətdə)
18-ci gün: 4 rükət =1 Həmd, 25 Kövsər (hər rükətdə)
19-cu gün: 50 rükət =1 Həmd, 1 Zəlzələ (hər rükətdə)
20-ci gün: 8 rükət = 1 Həmd, 1 istənilən surə (hər rükətdə)
21-ci gün: 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)
22-ci gün: 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)
23-cü gün: 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)
24-cü gün: 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)
25-ci gün: 8 rukət =1 Həmd, 10 İxlas (hər rükətdə)
26-cı gün: 8 rükət =1 Həmd, 100 İxlas (hər rükətdə)
27-ci gün: 4 rükət =1 Həmd, 1 Mülk (28 İxlas da oxuna bilər, hər rükətdə)
28-ci gün: 6 rükət = 1 Həmd, 100 Ayətəl-kürsi, 100 İxlas, 100 Kövsər (hər rükətdə) və namazdan sonra 100 dəfə salavat.
29-cu gün: 2 rükət =1 Həmd, 20 İxlas (hər rükətdə)
30-cu gün: 8 rükət =1 Həmd, 20 İxlas (hər rükətdə) və namazdan sonra 100 dəfə salavat.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
XƏBƏR LENTİ
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)





