Nəfəsin sanki çatışmır, boğulursan? – Qorxu yaradan sindromun səbəbləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlar koronavirus qorxusundan gənclərdə və xüsusən qadınlarda sanki boğulma hissi, tənəffüsdə, dərindən nəfəs almada çətinlik, sanki ağciyərlərində problem varmış kimi qorxu simptomlarından şikayətlər artıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, hava çatışmaması, dərindən nəfəs almamaq, hipernəfəsalma, təngnəfəslik və buna bağlı qorxu, təşviş hissinin hansı xəstəliklərdən qaynaqlandığını biləcəksiz.
Boğulma, havasızlıq, təngnəfəsliyin zahiri əlamətləri:
- tənəffüsün tezləşməsi - normalda dəqiqədə 12-18 nəfəsalma olmalıdır. Təngnəfəslikdə bu say 21-i keçir.
- Sanki hava çatışmamazlığı, dərindən nəfəs ala bilməmək
- Küylü tənəffüs, ciyərlərdən xışıltı
Bu hal ona görə yaranır ki, orqanizmə kifayət qədər oksigen çatmır və bu, tənəffüs əzələlərinin sürətlə və daha çox yığılıb-açılması ilə kompensasiya olunur.Xüsusilə döş qəfəsi təngnəfəsliyinə diqqət yetirmək lazımdır, bu zaman asfiksiya halı belə yaranır. İnsan 5-10 dəqiqə güclü nəfəs darlığı yaşayır.
Bəzi insanlarda bu hallar ço yemək yedikdən, çay içdikdən, qarında köp yarandıqdan sonra yaşanır.
Hər bir insan bu simptomların nə zaman, necə, hansı halda başlayıb, nə qədər davam etdiyinə diqqət yetirib, məlumat toplamalıdır ki, həkimə düzgün informasiya verə bilsin
- Məsələn, yuxuda da olurmu
- Gündə, ayda nə qədər tutmalar olur
- Neçə dəq davam edir
- Hansı dərmanı qəbul edəndə azalır
- Fiziki, iş, idman və gəzərkən olur, yoxsa sakit halda
- Əsəbləşəndə başlayırmı
- Hansı halda çətindir: nəfəs verəndə, yoxsa alanda
- Öskürək, üz rənginin qızarması, ağarması, istilik, döş qəfəsində basqı, ağırlıq, yanma hissi olurmu
Təngnəfəslik, boğulma hissinin, hava çatışmamasının əsas səbəbləri:
- Ürək çatışmazlığı, onun işində pozulmalar
- İşemik xəstəliklər -ürəkdə, beyində
- Damarların aterosklerozu
- Aritmiya - ürək ritminin pozulması
- Tənəffüs yolları, ağciyərlərin xəstəlikləri : burunda, boğazda, nəfəs yolunsa, bronxlarda yad cismin qalması, ilişməsi
- Ağciyərlərdə şişlər və kistlər
- Bronxial astma, pnevmoniya, plevrit
- Allergik boğulma - Kvinke sindromu
- Virus infeksiyaları
- Pnevmotoraks - ağciyərlərin ətrafının maye və ya qaz ilə dolması
- Sinir sistemi xəstəlikləri - beyin, periferik sinirlər, onurğa, boyun - bunlar da tənəffüsə təsir edir
- Çünki tənəffüsü baş beyin idarə edir. Onun istənilən pozulması tənəffüs siqnallarının yanlış getməsinə səbəb olur
- Skolioz, protruziya, onurğada əyilmə - bu da ağciyərlərə basqı yaradır
- Qanazlığı, anemiya, qanın tərkibinin dəyişməsi - qanda turşuluq artması
- Qanda elektrolit balansının pozulması - kaliy, natrium, maqniy azlığı və ya çoxluğu
- Güclü zəhərlənmələr, alkoqol
- Diabetik xəstələrdə koma
- Güclü stress zamanı: qorxu, panik atak, depressiya, təşviş
- Bəzi dərman vasitələrinin əks təsiri
- Zob xəstəliyi
Bu hal insanda ciddi panik atak, qorxu yaradır, insan öləcəyini düşünür.
Belə halda nə etməli?
- Həmin an panikaya təslim olmamalı, sakitləşdirici icməli və vəziyyəti ələ almalısız
- Əgər 10-15 dəqiqə ərzində nəfəs darlığı hissi keçmirsə təcili yardım çağırmalı
- Tənəffüs çatışmazlığı dodaq, gözlərin üstü, yanaqların şişməsi ilə gedirsə bu Kvinke ödemidir. Dərhal allergiya və şok əleyhinə terapiya olunmalıdır
- Başda duman, ürəkbulanma, titrəmə, qorxu, gözlərdə qaralma, ayaqların altında yer qaçması - nevroz və panik atak simptomlarıdır.
Hansı həkimə müraciət etməli?
Bu kimi simptomlarda birinci pulmonoq (ağciyər xəstəikləri üzrə) daha sonra kardioloq, endokrinoloq, nevroloq müayinə etməlidir. Ciddi ürək, ağciyər, tənəffüs yolu problemi olmadıqda, psixiatr müalicəsi təyin olunur. Xəstəyə panika, təşviş əleyhinə dərmanlar, sakitləşdirici, vitaminlər və çoxlu gəzinti təyin edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
XƏBƏR LENTİ
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)





