Alimlər lemurların sadiqlik xüsusiyyətini tədqiq ediblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər canlılarda monoqamiyanın neyrobioloji xüsusiyyətlərini tədqiq etmək üçün lemurları seçiblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dyuk Universitetinin əməkdaşları lemurların yeddi növündə beyinin neyrokimyasını müqayisə ediblər. Onların arasında monoqam növlərdən manqustabənzər və qırmızı qarınlı lemurlar da olub. Bu lemurların erkəyi və dişisi uzun müddət bir yerdə yaşayaraq nəsli davam etdirir, yaşayış məskənlərini qoruyur. Yerdə qalan beş növ poliqam olub. Eksperiment uçun təbii səbəblərdən ölən heyvanlar götürülüb. Monoqam və poliqam lemurların beyinlərində vazopressin və oksitosin reseptorlarının paylanılması müqayisə edilib. Müqayisə təkcə lemurların arasında deyil, həmçinin digər meymunlar və çöl siçanı ilə aparılıb. Məlum olub ki, lemurlarda bu reseptorların yerləşməsi və sıxlığı digər primatlarda və çöl siçanlarında olandan fərqlənir. Belə ki, "sevgi və sadiqlik neyromediatorları" digər neyron zəncirlərinə və sinir mərkəzlərinə təsir göstərir. Hətta bu fərq lemur növləri arasında olub. Tədqiqatın nəticələri "Scientific Reports" jurnalında dərc edilib. Əldə olunan nəticələr müəyyən neyromediatorlar üçün reseptorların paylanma xüsusiyyətlərindən xəbər verir.
Tədqiqatçılar eksperimenti canlı lemurlar üzərində aparmağı, onlarda oksitosin reseptorlarını bloklamaqla bu canlıların "münasibətlərində" nə baş verəcəyini müşahidə etməyi planlaşdırırlar. Lakin nəzərə almaq lazımdır ki, cütlüyün bir yerdə uzun müddət yaşaması ümumilikdə mürəkkəb prosesdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda GES və Batareya Enerji Saxlanc Sistemi tikiləcək
-
Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - (Foto)
-
"Kurtlar vadisi"nin məşhur aktyoru yeni serialda - (Foto)
-
Azərbaycanın UNESCO irsi və xalçaçılıq sənəti Peruda belə tanıdılır - (Foto)
-
Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq
-
İşsiz şəxslərin diqqətinə: 478 manat...
-
“Həzi Aslanov” metrosunda yenilik - İşlər nə vaxt bitəcək?
-
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb!
-
"Çirkin"in yayım tarixi bəlli oldu
-
Su quyusuna yıxılan qadın öldü
-
Prezident İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Tarixi-dini abidələrin vahid məlumat bazası yaradıla bilər - Ramin Məmmədov
-
Azərbaycanda doğulanların sayı azalıb
-
Arda Gülerə Bellinqemdən böyük hörmətsizlik - (Video)
-
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - Rəsmi
-
Azərbaycan toylarında bu məşhur ənənə qadağan edilir?
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
-
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir
-
Zaqatalada güllələnmiş kişi meyiti tapıldı
-
Yuxu hormonu çatışmazlığı xərçəng riskini artıra bilər
-
Hava ilə bağlı son məlumat
-
Vəfat edən Jotanın adını deyənlərə görə ərəb klubuna ağır cəza





